Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 16:01

ATƏT Özbəkistanda seçkidə ‘ciddi pozuntular’dan danışır


Shavkat Mirziyoyev seçki məntəqəsində
Shavkat Mirziyoyev seçki məntəqəsində

Özbəkistanda parlament seçkisində Özbəkistan Liberal Demokratik Partiyası (ÖLDP) qalib gəlib. ATƏT müşahidəçiləri seçkidə “ciddi pozuntular” olduğunu, amma “müstəqil səslərə daha böyük dözümlülük” göstərildiyini bildirir.

22 dekabr seçkisi Shavkat Mirziyoev 3 il qabaq hakimiyyətə gələndən ilk parlament seçkisiydi. Avtoritar Islam Karimov-un 2016-cı ildə ölümündən sonra hakimiyyətə gələn Mirziyoev islahatlar vəd eləmişdi.

Seçkilər “Yeni Özbəkistan, yeni seçkilər” deviziylə keçirilirdi.

Ancaq parlament seçkisinə qatılmış beş partiyanın hamısı Mirziyoevi dəstəkləyir.

Dekabrın 23-də açıqlanmış ilkin nəticələrə görə, LDPU parlamentin aşağı palatasında – 150 yerlik Ali Məclisdə 43 yer qazanıb.

Milli Oyanış Partiyası 35, Ədalət Sosial Demokratik Partiya isə 21 yer əldə edib.

Mərkəzi Seçki Komissiyası seçicilərin 70 faizindən çoxunun səsverməyə getdiyini bildirir. Bu, seçkinin etibarlı sayılması üçün tələb olunan minimum 33 faizdən çoxdur.

Fərqli müşahidəçi rəyləri

ATƏT müşahidəçiləri seçkidə irəliləyiş, həm də nöqsanların olduğunu bildirir.

“Seçki təkmilləşdirilmiş qanunvericilik və müstəqil səslərə daha dözümlü yanaşma mühitində keçirilib, ancaq seçki günü prosedurlarına əsl və tam sayqı göstərilməyib”, – ATƏT Parlament Assambleyasının Prezidenti George Tserateli deyib.

Tserateli dekabrın 23-də Daşkənddə bəyan edib ki, ATƏT müşahidəçiləri “saysız, ciddi pozuntular” müşahidə ediblər, buraya başqalarının adından səs vermək, səssayma zamanı problemlər daxildir.

MDB müşahidəçiləri isə bəzi məntəqələrdə kiçik pozuntular aşkarladıqlarını, bunların seçkinin nəticələrinə təsir göstərməyəcəyini bildiriblər. Bunu isə MDB müşahidə missiyasının rəhbəri Sergei Lebedev deyib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın daxil olduğu Türk Şurası isə müşahidəçilərinin heç bir pozuntu qeydə almadığını bəyan edib.

XS
SM
MD
LG