Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 20:16

Özbəkistandan daha çox pul çıxarmaq mümkün olacaq


Shavkat Mirziyoev (ortada) Əbu Dabidə, arxiv fotosu

Özbəkistan Prezidenti Shavkat Mirziyoev fərman imzalayaraq vətəndaşların ölkədən 10 min 600 dollaradək nağd pul çıxarmasına icazə verib. Bu, ölkədə xarici valyuta bazarının liberallaşdırılması yönündə daha bir addım sayıla bilər.

Oktyabrın 23-dən qüvvəyə minmiş sənədə görə, ölkə vətəndaşları xaricdə heç bir məhdudiyyətsiz bank hesabı aça, Özbəkistan və xaricdəki banklar arasında nağd transferlər apara bilərlər. Onlar xarici valyutada qiymətli kağızlar, qızıl sahibi ola bilərlər.

İndiyədək Özbəkistan vətəndaşları xaricə bəyannaməsiz 2 minədək, bəyannamə ilə 5 min dollaradək pul çıxara bilərdilər. Bundan böyük məbləğlər üçün mərkəzi bankın xüsusi icazəsi tələb olunurdu.

Avqustda Mirzioyev sərəncam verərək Rusiyadakı özbək işçi miqrantların Özbəkistan banklarından borclarını Rusiya rublu ilə bağlamasına icazə verib.

2019-cu ilim ilk altı ayı ərzində Özbəkistandan olan yüzminlərlə işçi miqrant Rusiyadan 2 milyarddan artıq vəsaiti ölkəyə göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG