Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:11

Khashoggi-nin qətlinə görə 5 nəfərə ölüm cəzası


Jamal Khashoggi

Səudiyyə Ərəbistanının dövlət ittihamçısı deyir ki, ötən il səudiyyəli jurnalist Jamal Khashoggi-nin öldürülməsinə görə beş nəfər ölümə məhkum edilib.

Daha 3 nəfərə isə üst-üstə 24 il həbs cəzası kəsilib. Məlumat dekabrın 23-də açıqlanıb.

ABŞ rezidenti, “The Washington Post” qəzetinin yazarı Khashoggi 2018-ci ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Birləşmiş Ştatların kəşfiyyat camesi Səudiyyənin Vəliəhd şahzadəsi Mohammed bin Salman-ın bu qətli sifariş etdiyi nəticəsinə gəlib.

Ər-Riyad isə qətlə görə ölkənin özbaşına hərəkət edən kəşfiyyatçılarını günahlandırıb.

Prokurorun dekabrın 23-də bildirməsinə görə, vəliəhd şahzadənin keçmiş baş müşaviri – Saud al-Qahtani-nin bu qətldə əli olmayıb.

Ancaq Birləşmiş Ştatlar ona əməliyyatda iddia olunan roluna görə sanksiya tətbiq edib.

Khashoggi-ni sonuncu dəfə 2018-ci il oktyabrın 2-də Səudiyyə konsulluğuna girən görüblər. O, toyqabağı sənədlərini almalıydı. Məlumatlara görə, onun bədəni üzvlərinə parçalanaraq binadan çıxarılıb, ancaq qalıqları indiyədək tapılmayıb.

XS
SM
MD
LG