Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:59

İsrail Milad qadağasını dəyişir


Qüdsdə xristian fələstinli, arxiv fotosu

İsrail bundan əvvəlki qərarını ləğv edib, Qəzzə zolağındakı xristianların Qüdsə və Qərb sahilə gedərək Milad bayramı keçirməsinə icazə verəcəyini deyir.

Ölkənin Fələstin üzrə müdafiə agentliyi (COGAT) dekabrın 22-də bildirib ki, “təhlükəsizlik dəyərləndirməsinə uyğun olaraq, yaşdan asılı olmayaraq” icazələr veriləcək.

İsrail Həmas islamçı qruplaşmasının nəzarətində olan Qəzzə zolağından hərəkəti məhdudlaşdırır, bu qruplaşmanı terrorçu təşkilat hesab edir.

COGAT daha öncə bildirmişdi ki, xristianların xaricə getməsinə icazə veriləcək, ancaq İsrailə, yaxud işğal olunmuş Qərb sahilə getməsinə icazə verilməyəcək.

Qüdsün xristian liderləri qadağanı pisləmişdilər.

Hər il Milad bayramında Yerusəlim (Qüds), Betlehem (Vifleem), digər müqəddəs şəhərlərə minlərlə zəvvar gedir. İsanın doğulduğu yer hesab olunan kilsə də Betlehemdə yerləşir.

Qəzzədə yaşayan 2 milyon nəfərdən mininin xristian olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG