Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:19

Britaniya parlamenti Breksit səsverməsi keçirəcək


Boris Johnson

Dekabrın 20-də Britaniya parlamentində Breksit səsverməsi keçiriləcək. Deputatlar Baş nazir Boris Johnson-un ölkəni yanvarın 31-dək Avropa Birliyindən çıxarmaq planını səsə qoyacaq.

“Bu gün biz xalqa verdiyimiz vədə əməl edəcək, Breksit səsverməsini Miladadək bitirəcəyik”, – Johnson İcmalar Palatasında çıxışında deyib.

Ötən həftəki parlament seçkisində Mühafizəkarlar Partiyası çoxluğu qazandığından qanun layihəsinin Miladdan sonra parlamentdəki prosedurlardan keçəcəyi gözlənir. Hökumət bildirib ki, Breksitlə bağlı 31 yanvar tarixindən ötrü layihə vaxtında qanun qüvvəsinə minəcək.

Razılaşma hökumətin keçid dövrünü uzatmasını qadağan edir. Həmin dövrdə Britaniya AB-nin bir sıra qaydalarına əməl etməlidir.

Ancaq opponentlərin fikrincə, təklif olunan qanunvericilikdə Britaniyanın gələcəyi qeyri-müəyyəndir və blokla ticarət sazişinin əldə olunması bir neçə il çəkə bilər.

Qanun layihəsində Johnson-un oktyabrda AB ilə əldə etdiyi Breksit razılaşmasının icrası nəzərdə tutulur.

XS
SM
MD
LG