Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:37

Rohani Yaponiyaya gedib


Shinzo Abe və Hassan Rohani (solda) Tehranda, 13 iyun, 2019-cu il

İran Prezidenti Hassan Rohaninin Yaponiyaya səfəri başlanıb. Bu arada Tokio İranla Birləşmiş Ştatlar arasında vasitəçilik etməyə çalışır.

Rohani son 20 ildən artıq bir zaman kəsimində Yaponiyaya səfər edən ilk İran lideridir. Shinzo Abe isə iyunda İrana səfər etmişdi. Bu, son 40 ildən artıq bir müddətdə Yaponiya baş nazirinin ilk belə səfəri idi.

Dekabrın 20-də tərəflər Abenin ofisində bir araya gəliblər.

ABŞ-ın müttəfiqi olan Yaponiyanın Tehranla dost münasibətləri var, “Yaxın Şərqdə gərginliyi azaltmaq və vəziyyəti sabitləşdirmək üçün Birləşmiş Ştatlar və İran daxil olmaqla uyğun ölkələrlə əməkdaşlıq şəraitində diplomatik cəhdlər göstərir”, – Yaponiyanın Xarici İşlər Nazirliyi bəyanatında bildirir.

İran hökumətinin sözçüsü Ali Rabiei etiraf edib ki, Yaponiya rəsmiləri “adətən mesajlar və təşəbbüslər irəli sürürlər, biz onları alqışlayır… və ciddi şəkildə nəzərdən keçiririk”.

Ancaq o bildirib ki, Rohaninin Tokio səfərinin “Amerika ilə danışıqlar kimi məsələlərlə əlaqəsi yoxdur”.

ABŞ ötən ilin mayında İranla 2015-cü il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG