Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 05:47

Qadın şübhəliyə işgəncəyə görə həbs cəzası aldılar


İllüstrativ foto

Rusiyanın Uzaq Şərqində yerləşən Saxalin adasında üç polis əməkdaşı şübhəliyə işgəncə verdiyinə görə həbs cəzasına məhkum edilib.

Saxalin prokurorluğunun dekabrın 18-də bildirməsinə görə, Yujno-Saxalinsk Şəhər Məhkəməsi üç əməkdaşı vəzifədən sui-istifadədə təqsirli bilib. Rusiya Cinayət Məcəlləsində işgəncəyə görə ayrıca cəza nəzərdə tutulmayıb.

Polislər üç il, dörd il üç ay və dörd il yarım həbs cəzasına məhkum ediliblər.

İttihamnaməyə görə, polis əməkdaşları 2015-ci ilin noyabrında mənimsəmədə şübhəli bilinən qadını 9 saat ərzində döyüblər.

Onların qadını “etiraf”a məcbur etməkdən ötrü onu plastik torbayla boğduğu, elektroşok verdiyi, zorlamaqla hədələdiyi bildirilir.

Rusiyada onillər boyunca kök salmış polis qəddarlığı insan haqları qruplarının əsas diqqət ayırdığı mövzudur.

XS
SM
MD
LG