Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 18:32

Keçmiş baş naziri məhkəməyə zorla gətiriblər


Sapar Isakov

Qırğızıstanın keçmiş baş naziri Sapar Isakov yeni korrupsiya ittihamları ilə Bişkekdə məhkəmə önünə çıxarılıb. O, hazırda 15 illik həbs cəzası çəkir.

Isakov dekabrın 17-də məhkəmənin hazırlıq iclasında iştirak üçün təcridxanadan 1 May Rayon Məhkəməsinə məcburən aparılıb.

O, məhkəməni “qanunsuz” adlandıraraq iştirakdan imtina etdiyindən hakim Marat Sydykov məcburi gətirilmə əmri çıxarmışdı.

Isakov və daha beş təqsirləndirilən Bişkek Dövlət Tarix Muzeyinin və Çolpon-Ata şəhərində hippodromun təmirinə ayrılmış dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Dekabrın 6-da Bişkekdə başqa bir məhkəmə Isakov və digər keçmiş baş nazir Jantoro Satybaldiev-i uyğun olaraq 15 və 7 illik həbsə məhkum edib. Onlara korrupsiya ittihamları Bişkek İstilik Elektrik Stansiyasının 2013-cü ildə modernləşməsi layihəsi ilə bağlıydı.

Bu korrupsiya işlərində ölkənin bir sıra keçmiş aparıcı məmurlarının adları hallanıb, onların keçmiş prezident Almazbek Atambaev-lə yaxın olduğu iddia olunub.

Cinayət işləri Atambaev ilə hazırkı prezident Sooronbai Jeenbekov-un münasibətlərinin gərginləşdiyi dövrdə açılıb. Keçmiş baş nazir Jeenbekov-u Atambaev dəstəkləyib, o, 2017-ci ilin oktyabrında prezident seçilib.

Atambaev isə avqustun 8-də, tərəfdarları ilə təhlükəsizlik qüvvələrinin iki gün davam edən qarşıdurmasından sonra həbs olunub. Ona qətl, korrupsiya və bir sıra digər ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG