Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Azərbaycan dünyanın 80 ən yaxşı ölkəsi reytinqində


Bakıda parad, 26 iyun, 2018-ci il
Bakıda parad, 26 iyun, 2018-ci il

Dekabrın 16-da dünyanın ən yaxşı ölkələrinin reytinqi açıqlanıb. Reytinqi VMLY&R qlobal marketinq kommunikasiya şirkətinin tərkibinə daxil olan BAV Group və Pensilvaniya Universitetinin nəzdindəki Wharton School hazırlayıb. Sorğu zamanı dörd regiondan 20 mindən adamın fikri soruşulub.

"Dünyanın ən güclü ölkələri xəbər başlıqlarında dominantdır, siyasətçiləri məşğul edir, qlobal iqtisadi nümunələri formalaşdırır. Bu ölkələrin xarici siyasəti və hərbi büdcəsi diqqətlə izlənilir və vəd verəndə də beynəlxalq ictimaiyyətin azından bir hissəsi onların bu vədə əməl edəcəyinə inanır", - reytinqdə deyilir.

Bu reytinqin hesablanmasında sahibkarlıq, vətəndaşlıq, mədəni nüfuz, irs, biznesə asılılıq, güc, həyat keyfiyyəti kimi amillər nəzərə alınır.

2019-cu ilin ən yaxşı ölkələri İsveçrə, Yaponiya, Kanada, Almaniya və Böyük Britaniya seçilib.

Azərbaycan 80 ölkə içində 70-ci yeri tutub.

Qonşulardan Rusiya 24, İran isə 79-cudur.

Ən yaxşı olmasa da, ən güclü ölkələr...

Güc altkateqoriyasında ilk yerləri isə ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniya tutub.

Güc reytinqi bir ölkənin gücünə bağlı beş xüsusiyyət üzrə müəyyənləşir: liderlik, iqtisadi nüfuz, siyasi nüfuz, güclü beynəlxalq alyanslar və güclü ordu.

Bu il ilk doqquz ən güclü ölkə sıralamasında dəyişiklik olmayıb. Dünyanın ən güclü ölkəsi sayılan Birləşmiş Ştatlara dünyanın ən böyük iqtisadiyyatına, ən iri hərbi büdcəyə malikdir, 2017-ci ildə hərbi texnika və heyətə 610 milyard dollar xərcləyib.

Ən güclülər siyahısında sonrakı iki yeri Rusiya və Çin tutur. İlk üçlükdən sonra Almaniya, Böyük Britaniya, Fransa və Yaponiya gəlir. Böyük iqtisadiyyatları olan bu ölkələr beynəlxalq yardıma da böyük məbləğ ayırırlar.

Uyğun olaraq 8 və 9-cu yerləri tutan İsrail və Səudiyyə Ərəbistanı isə ÜDM-lərinin böyük hissəsinə orduya ayırırlar.

Orta və kiçik iqtisadiyyatlı ölkələr az güclü hesab olunur. Məsələn, Estoniya gücünə görə ən zəif ölkə sayılıb, 80-ci yerdədir. Son beşlikdə Estoniyanın qonşuları Latviya və Litva, eləcə də Sloveniya və Slovakiya yer alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG