Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:56

Peter Handke 'Nobel'ini aldı


Peter Handke Stokholmda mətbuat konfransında
Peter Handke Stokholmda mətbuat konfransında

Avstriyalı yazıçı Peter Handke dekabrın 10-da boykot və etirazlara baxmayaraq İsveç Akademiyasından 9 milyon kronluq (948 min dollar) mükafatını alıb. Digər mükafatçılarla birlikdə o da ədəbiyyat üzrə Nobelini alıb.

İsveç Akademiyasının bir üzvü, Albaniya, Bosniya-Herseqovina, Xorvatiya, Kosovo, Şimali Makedoniya və Türkiyə təmsilçiləri tədbiri boykot edib.

Onlarla etirazçı “Saxta Xəbərlərə görə Nobelə Yox” sözləri yazılmış plakat qaldırıblar. İsveç paytaxtında isə 100-dən artıq nümayişçi Handkeyə qarşı etiraza yığışıblar.

***

Erdogan Nobel akademiyasını ittiham edir

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Nobel akademiyasını tənqid edib, ədəbiyyat üzrə mükafatı avstriyalı yazıçı Peter Handke-yə verməklə insan haqları pozuntularını mükafatlandırdığını bildirir.

“Nobel ədəbiyyat mükafatını dekabrın 10-da – İnsan Haqları günündə Bosniyada qətliamı inkar edən, hərbi cinayətkarları müdafiə edən irqçiyə verməyin insan haqları pozuntularını mükafatlandırmaqdan başqa adı yoxdur”, – Erdogan deyib.

***

Türkiyə də Nobel mərasimini boykot edir

Türkiyə Albaniya və Kosovoya qoşularaq dekabrın 10-da Nobel mərasimini boykot edir. Onlar 2019-cu il ədəbiyyat mükafatının avstriyalı yazıçı Peter Handke-yə verilməsinə etiraz edirlər.

Handke Serbiyanın mərhum lideri Slobodan Milosevic-i dəstəklədiyinə görə tənqid olunur.

“Nobel mükafatına layiq deyil”

Türkiyənin İsveçdəki səfiri Hakki Emre Yunt dekabrın 9-da Türkiyənin “Hurriyet” qəzetinə deyib ki, bir gün sonra Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə qatılmayacaq. İsveçdə Handke-yə qarşı iki nümayişin təşkil olunacağı gözlənir.

Ötən həftəsonu Türkiyənin hökumət rəsmisi İsveç Akademiyasını mükafatı Handke-yə vermək qərarını dəyişməyə çağırıb.

Kosovonun vəzifədən getməkdə olan xarici işlər naziri naziri Behgjet Pacolli də İsveçdəki səfirə tədbiri “boykot” etmək göstərişi verib. Onun sözlərinə görə, “Milosevic-i və onun Bosniya və Kosovoda törətdiyi soyqırımını dəstəkləyən yazıçı Nobel mükafatına layiq deyil”.

Albaniyanın Xarici işlər naziri vəzifəsini icra edən Gent Cakaj da oxşar addım atıb. O, tvitində yazıb ki, “Yuqoslaviyanın parçalanması zamanı baş vermiş hərbi cinayətləri əsaslandırmağa görə mükafat verilməməlidir”.

Bu gün Stokholmun mərkəzindəki Norrmalmstorg meydanında Handkeyə qarşı yüzlərlə adamın etiraza çıxacağı gözlənir. Daha bir nümayiş isə mükafat mərasiminin keçirildiyi Stokholm Konsert Zalının qarşısında planlaşdırılır.

“Ədəbiyyatı sevirəm”

Oktyabrın 10-da İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatını 77 yaşlı avstriyalı yazıçıya təqdim edib. Bu addım Balkanların bir çox yerində qəzəblə qarşılanıb. Səbəb onun 2006-cı ildə Milosevic-in dəfni zamanı keçmiş prezidenti öyən nitq söyləməsidir.

Milosevic BMT hərbi tribunalında mühakimə olunan zaman vəfat edib. O, 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonrakı münaqişələrdə soyqırımı və digər hərbi cinayətlər törətməkdə təqsirləndirilirdi.

Handke dekabrın 6-da Stokholmda keçirilən mətbuat konfransında Milosevic-ə dəstəyilə bağlı sualları cavablandırmayıb.

“Mən fikirləri deyil, ədəbiyyatı sevirəm”, – o, jurnalistlərə deyib.

Dekabrın 10-da Handke-yə 9 milyon kron (935 min dollar) təqdim olunacaq, daha sonra ənənəvi Nobel banketi keçiriləcək.

İsveçdəki səfirlər tədbirə və banketə cəlb olunublar.

XS
SM
MD
LG