Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:11

Ədəbiyyat üzrə Nobel komitəsinin 2 üzvü istefa verir


Sarayevoda İsveç səfirliyi qarşısında etiraz aksiyası, 19 noyabr, 2019-cu il
Sarayevoda İsveç səfirliyi qarşısında etiraz aksiyası, 19 noyabr, 2019-cu il

Dünən – dekabrın 2-də Ədəbiyyat üzrə Nobel komitəsinin iki xarici üzvü İsveç Akademiyasını tənqid edərək istefa verib. Bu haqda “Reuters” yazır.

233 yaşlı akademiyanın adı seks qalmaqalında hallanınca bir sıra tədbirlər görməyə məcbur oldu, hətta ötən il mükafatın verilməsi təxirə salındı. Qalmaqalda akademiyanın keçmiş üzvünün ərinin adı hallanırdı. Nobel komitəsinə xarici üzvlər daxil edildi ki, mükafata namizədlərin seçilməsində iştirak etsinlər.

Müəllif Kristoffer Leandoer deyib ki, komitənin islahatlarını tamamlamasını gözləməyə “nə səbri, nə vaxtı” çatdığından istefa verir.

“Akademiyayla mənim zamanla bağlı mövqeyimiz fərqlidir, bir il mənim həyatımda çox uzun, Akademiya üçünsə çox qısa zaman kəsimidir”, – o, “Svenska Dagbladet”da dərc olunan məqaləsində yazır.

Peter Handke
Peter Handke

Səbəb Handke-dir?

Leandoer bildirir ki, qərarı builki mükafatın avstriyalı yazıçı Peter Handke-yə verilməsi ilə bağlı deyil. Akademiya bu addımına görə həm ölkə içində, həm də beynəlxalq səviyyədə tənqidlə üzləşmişdi.

İstefa verən digər üzv Gun-Britt Sundstrom isə “Dagens Nyheter”də yayılmış bəyanatında vurğulayır ki, Handke-nin seçilməsi ədəbiyyatın siyasətdən yuxarıda durması kimi yozulub, ancaq o, həmin fikirlə razı deyil.

Handke Serbiyanı Balkan müharibəsinin qurbanı kimi qələmə verməsi, Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Milosevic-in dəfnində iştirakına görə tənqid olunub. Milosevic 2006-cı ildə Haaqada, hərbi cinayətlərə görə məhkəməsindən qabaq vəfat edib.

Akademiya Leandoer və Sundstrom-un Nobel komitəsindən getdiyini təsdiqləyib. İndiyədək komitə İsveç Akademiyasının dörd üzvündən və beş kənar üzvdən ibarət idi.

“İl ərzində onların gördüyü əhəmiyyətli işə görə minnətdarıq və hazırda 2020-ci il Nobel Ədəbiyyat Mükafatı üçün Nobel Komitəsinin işinin necə təşkil olunacağını nəzərdən keçiririk”, – İsveç Akademiyasının Daimi katibi Mats Malm deyib.

Bu il oktyabrın 10-da Stokholmda ədəbiyyat üzrə Nobel mükafatlarının qalibləri açıqlanıb. 2018-ci il üzrə Nobel polşalı yazıçı Olga Tokarczuk-a, builki mükafat isə avstriyalı müəllif Peter Handke-yə verilib.

Akademiyada ötənilki qalmaqala maraqlar toqquşması qaydalarının pozulması, seksual hücumla bağlı iddialar səbəb olmuşdu. Akademiya üzvü Katarina Frostenson-un həyat yoldaşı zorlamada təqsirli bilinərək 2 il yarım həbsə məhkum edildi. Bundan sonra Frostenson akademiyadan getdi.

XS
SM
MD
LG