Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Putinlə Zelenskiy görüşəcək


Vladimir Putin (solda) və Volodymyr Zelensky
Vladimir Putin (solda) və Volodymyr Zelensky

Dekabrın 9-da Ukrayna və Rusiya prezidentlərinin çoxdan gözlənilən görüşü baş tutmalıdır. Görüşdə məqsəd Ukraynanın şərqində 2014-cü ildən davam edən, 13 mindən çox adamın həyatına son qoymuş münaqişənin həlli yollarını müzakirə etməkdir.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə Fransa Prezidenti Emmanuel Macron və Almaniyanın Kansleri Angela Merkelin də qatılacağı gözlənir. Bu, Normandiya Formatında danışıqlar adlanır.

Rusiyanın təzyiqi

Ukrayna və Rusiya liderləri 2016-cı ildən bəri ilk dəfədir bir araya gəlir. Zelenskiy apreldə prezident seçilib və Putin-lə ilk görüşüdür.

Moskva Ukraynanın şərqində separatçılara dəstək vermədiyini desə də, indiyədək belə bir hərbi, iqtisadi və siyasi dəstəyə əsaslı dəlil ortaya qoyulub.

Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında qərar çıxarıb ki, Ukraynanın şərqindəki müharibə “Ukrayna və Rusiya Federasiya arasında beynəlxalq silahlı münaqişədir”.

Bu münaqişədə indiyədək 13 mindən çox adam ölüb.

Danışıqlar öncəsi Kreml Kiyevə təzyiq göstərməyə çalışıb, Donbasda dəstəklədiyi separatçıların əlində olan torpaqdan təzyiq vasitəsi kimi istifadə edib. Ukrayna prezidenti isə bu arada həm sülhə doğru proqresdən yararlanmalı, həm də Moskvaya təslim olurmuş kimi görünməməlidir.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov dekabrın 6-da deyib ki, Moskva “münaqişənin həllinə kömək edəcək əlavə razılaşmalar” gözləyir.

Onun sözlərinə görə, Moskva “Minsk razılaşmalarında nəzərdə tutulduğu kimi, Donbasda əhalinin təhlükəsizliyini, onların hüquqlarını həqiqətən təmin etməyə, bu münaqişəni dayandırmağa” çalışır.

Minsk razılaşmaları 2014 və 2015-ci illərdə Belarusun paytaxtında əldə olunub. Bu sənədlər atəşkəsi, ağır texnikanın çıxarılmasını, Kiyevin Ukrayna sərhədlərinə nəzarətinin bərpasını, separatçıların əlində olan ərazilər üçün xüsusi status, həmin ərazidə seçki keçirilməsini nəzərdə tutur.

Ancaq indiyədək razılaşma tam yerinə yetirilməyib.

Prezidentə xəbərdarlıq edirlər

Zelenskiy bu ayın əvvəlində deyib ki, bu danışıqların yalnız bərpası faktı onun müharibəni bitirmək cəhdləri yönündə “ilk qələbə”sidir.

O, Parisdə keçiriləcək danışıqlarda üç əsas ideyanı ortaya atacağını bildirib: məhbus mübadiləsini davam etdirmək; atəşkəs razılaşmasını icra etmək; Ukraynada “qanunsuz silahlı dəstələr”i buraxmaq.

Kreml Putinin Zelenskiy ilə təkbətək görüş planlaşdırdığını bildirib. Kiyev isə belə bir görüşün yalnız nəzərdən keçirildiyini bəyan edib.

Ukraynanın keçmiş prezidenti Petro Poroshenko dekabrın 6-da onlayn bəyanatında Zelenskiy-ni Putinlə birbaşa görüşməməyə çağırıb. “Pitinə inanma. Heç vaxt və heç nədə”, – o yazıb.

Dekabrın 8-də Kiyevdə minlərlə adam Ukrayna bayraqları ilə Müstəqillik Meydanına çıxaraq Zelenskiy-ə danışıqlarda “qırmızı xətlər”i keçməməklə bağlı xəbərdarlıq edib. Onlar ərazi bütövlüyünün saxlanmasının, federallaşmadan qaçmağın, ölkənin avropayönlü kursunu saxlamağın vacibliyini vurğulayıblar.

Ukraynanın şərqində münaqişə 2014-cü ilin əvvəlində, Rusiya qanunsuz olaraq Ukraynanın Krım regionunun ilhaq edəndən sonra başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG