Keçid linkləri

Təcili xəbərlər
2020, 17 Yanvar, Cümə, Bakı vaxtı 17:34

Bakıda TRASEKA-nın toplantısıdır


İclas

Dekabrın 6-da Bakıda «Avropa-Qafqaz-Asiya dəhlizinin (TRASEKA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb.

Bundan əlavə, habelə TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası keçirilir.

Tədbirlərdə TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

AZƏRTAC-ın xəbərinə görə, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək TRASEKA nəqliyyat dəhlizinin inkişafının üzv ölkələr üçün də mühüm əhəmiyyətə malik olduğunu bildirib. O deyib ki, «biz səylərimizi birləşdirərək TRASEKA-nın cəlbediciliyini daha da artıra bilərik».

Tədbirlərdə ötən dövrdə görülmüş işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur, Bakı Bəyannaməsi qəbul edilməlidir.

1 milyard tondan çox yük daşınıb

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) çərçivəsində indiyədək 1 milyard tondan çox müxtəlif yüklər daşınıb.

Bunu isə TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclasında qurumun baş katibi Mirça Çiopraqa deyib.

«Ötən dövrdə dəhlizlə daşınan yüklərin 50 faizi karbohidrogenlərin payına düşüb. TRASEKA çərçivəsində Avropa Birliyi ilə birgə ümumi dəyəri 187 milyon avro olan 85 layihə reallaşdırılıb. Bütövlüklə dəhliz çərçivəsində infrastrukturun inkişafına 4 milyard avro investisiya qoyulub», - M.Çiopraqa bildirib.

TRASEKA Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa Birliyinin dəstəyi ilə həyata keçirilir.

Quruma Azərbaycandan başqa Bolqarıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Rumıniya, Türkiyə, Türkmənistan və Ukrayna daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG