Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:05

Moskvada bomba həyəcanı yaşanıb


Tverskoy Rayon Məhkəməsinin qarşısı, 4 dekabr, 2019-cu il

Moskvada bir sıra məhkəmə və məktəblərdən yüzlərlə adam çıxarılıb. Səbəb həmin obyektlərin bomba təhdidləri almasıdır.

“Məhkəmələr bomba təhdidləri olan elektron məktublar alıblar, bundan sonra ziyarətçi və işçilərin evakuasiyasına başlanıb”, – Moskva Şəhər Məhkəməsi bildirib.

Basmannı, Tverskoy, Timiryazevski, Meşanski, Perovski, Kuzminski, Çertanovski, Xamovniçeski və Kuntsevski rayon məhkəmələri də təhdid olununca binalarını boşaltdığını bildiriblər.

“Interfax”ın məlumatına görə, Moskvada iki məktəb də anonim mənbə tərəfindən bombayla hədələnərək boşaldılıb.

XS
SM
MD
LG