Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:58

BDU-nun iki tələbəsinin halı pisləşib


Təcili Tibbi Yardım

Bu gün, dekabrın 3-də Bakı Dövlət Universitetinin iki tələbəsi qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulanması, qusma) ehtimalı ilə Kliniki Tibb Mərkəzinə yerləşdiriliblər.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr Məryəm Ramazanova və Aygün Məmmədovadır. «Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib... Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər», - məlumatda vurğulanıb.

Nazirlikdən deyilib ki, tələbələr qastroentologiya şöbəsinə yerləşdiriliblər: «Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara «kəskin qastroenterit» diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır».

Məlumata görə, tələbələrin müalicəsi davam edir.

Xatırlatma

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 3 qız tələbəsi zəhərlənmə diaqnozu ilə Kliniki Tibb Mərkəzinə yerləşdirilmişdi. Onların qidadan zəhərləndikləri ehtimal olunurdu. Tələbələrdən biri dünyasını dəyişdi, qalan iki tələbə isə noyabrın 27-də xəstəxanadan buraxıldılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG