Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

İmpiçment dinləməsinə hüquq professorları çağırıldı


Donald Trump (sağda) və birinci ledi Melania Trump
Donald Trump (sağda) və birinci ledi Melania Trump

ABŞ Konqresinin ədliyyə komitəsi bu həftə açıq dinləmədə ifadə verəcək dörd şahidin adlarını açıqlayıb. Prezident Donald Trump-a qarşı impiçment araşdırması artıq yeni mərhələyə keçir.

Dekabrın 4-də Nümayəndələr Palatasındakı dinləmədə dörd hüquq professoru “prezidentin impiçmentinin konstitusion əsasları”na dair ifadə verəcək.

Komitə həmçinin araşdırmanın faktaraşdırıcı mərhələsindən hesabat əldə etməlidir. Bu mərhələ palatanın kəşfiyyat komitəsində demokratlar tərəfindən aparılıb.

Hesabat bu gün açıqlanmalıdır

Demokratlar Trump-ın siyasi mənfəət üçün vəzifəsindən sui-istifadə etdiyini deyirlər və hesabatda da buna dəlillər ortaya qoyulmalıdır. Hesabat ictimaiyyətə dekabrın 3-də açıqlanacaq. Elə həmin gün Palata hesabatı səsə qoyaraq Ədliyyə komitəsinə göndərəcək.

Palatanın üç komitəsi Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Trump həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Joe Biden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.

İmpiçment araşdırması Trump-ın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir. Trump araşdırmanı “əcinnə ovu” adlandırır.

Trump və vəkilləri dinləmənin növbəti mərhələsinə dəvət olunsalar da bundan imtina ediblər, “fundamental ədalət”in olmadığını əsas gətiriblər.

Volodymyr Zelenskiy dekabrın 2-də dərc olunmuş müsahibəsində 25 iyul telefon zəngi zamanı Trump ilə “quid pro quo (əl əli yuyar, əl də üzü) mövqeyindən” danışmadığını deyib.

Bu həftə ifadə verəcək alimlər bunlardır: Harvard Hüquq Məktəbindən Noah Feldman, Stenford Hüquq Məktəbindən Pamela Karlan, Şimali Karolina Hüquq Məktəbindən Michael Gerhardt və Corc Vaşinqton Universitetinin Hüquq Məktəbindən Jonathan Turley.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG