Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Trump impiçment dinləməsinə ‘getməyəcək’


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump və vəkilləri bu həftə Nümayəndələr Palatasında keçiriləcək impiçment dinləməsinə getməyəcək. Bunu Ağ ev bildirib.

Dekabrın 1-də Palatanın Ədliyyə Komitəsinə məktubunda Ağ evin müşaviri Pat Cipollone araşdırma zamanı “gərəkən prosedur və fundamental ədalətin qətiyyən təmin olunmadığını” qeyd edir.

İmpiçment maddələrini hazırlamalı olan komitə dekabrın 4-dən ictimai dinləmələrə start verir.

Palatanın üç komitəsi Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Trump həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Joe Biden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.

İmpiçment araşdırması Trump-ın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir.

Hazırlaşmağa “vaxt verilməyib”

Trump araşdırmanı “əcinnə ovu” adlandırır.

Cipollone məktubunda yazır ki, Ağ ev 4 dekabr dinləməsinə dəvət alsa da, hazırlaşmağa kifayət qədər vaxt, həmçinin şahidlər barədə informasiya verilməyib.

Ağ ev ikinci dinləməyə dəvəti ayrıca – dekabrın 6-dək cavablandıracaq, o yazır. Həmin dinləmənin vaxtı hələlik, bəlli deyil

Komitə sədri Jerrold Nadler ötən həftə Trump-a yazır ki, prezident ya impiçment dinləməsində iştirak edə bilər, ya da “prosesdən şikayətlənməyi dayandırmalıdır”.

Palatanın 3 komitəsi impiçment məsələsini səsverməyə çıxarmaqla bağlı tövsiyəsini verməlidir. Palata bunu təsdiqləsə, Senatda impiçment həyata keçirilməlidir.

Senat Trump-ın Respublikaçı Partiyasının nəzarətindədir və prezidentin vəzifədən kənarlaşdırılmasından ötrü üçdə iki səs çoxluğu lazımdır. Bu səbəbdən onun təqsirli bilinəcəyi mümkün görünmür.

Palatanın kəşfiyyat komitəsində şahidlər qapalı ifadələr verəndən sonra iki həftə ərzində keçirilən ictimai dinləmələrə ötən həftə yekun vuruldu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG