Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:19

Nazirlər Bratislavada görüşür


Nazirlərin Nyu-York görüşü. 23 sentybar 2019

Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in Nazirlər görüşü keçiriləcək.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

Məlumata görə, bu tədbir çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş də nəzərdə tutulur.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs əldə edilənə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG