Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:00

Maltanın Baş naziri istefa verir


Joseph Muscat
Joseph Muscat

Maltanın Baş naziri Joseph Muscat dekabrın 1-də elan edib ki, yeni ildə istefaya gedəcək. Buna jurnalistin qətli ilə bağlı yaranmış böhran, istintaqın hökumət rəsmilərinə gedib çıxmasının səbəb olduğu bildirilir.

Muscat dövlət televiziyasında deyib ki, hakim Əmək Partiyasından yanvarın 12-də yeni Baş nazir seçməyi xahiş edəcək.

Tanınmış araşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın qətlinin istintaqından dolayı etirazçılar baş nazirin istefasını tələb edirdilər.

Galizia Malta hökumətinin yüksək eşelonu ilə biznes cameəsi arasındakı korrupsiyanı araşdırırdı, 2017-ci ili oktyabrında maşınına qoyulmuş bomba partladıldı və o həlak oldu.

Yorgen Fenech ittihamları qəbul eləmir

Noyabrın 30-da hökumət rəsmiləri ilə əlaqələri olduğu bildirilən nüfuzlu biznesmenə jurnalistin qətlində iştirak ittihamı irəli sürülüb. Ancaq şübhəli Yorgen Fenech bu və digər ittihamları qəbul etməyib.

O, qətllə bağlı informasiya vermək əvəzində cinayət təqibindən toxunulmazlıq istəsə də, prokurorlar bunu rədd edib və ittiham irəli sürüblər.

Baş nazirin keçmiş aparat rəhbəri və keçmiş turizm nazirinin də adları cinayətlə əlaqədar hallandırılır.

Onların hər ikisi ötən həftə istefa verib, hər hansı yanlışa yol vermədiklərini, Fenech ilə biznes əlaqələri olmadığını deyirlər.

Qətllə bağlı üç nəfər – iki qardaş və onların dostu 2017-ci ilin dekabrında saxlanıblar, təqsirsiz olduqlarını deyirlər.

“Reuters” yazır ki, AlfredGeorge Degiorgio-lar və Vincent Muscat (baş nazirlə qohum deuil- red.) qətlə görə 150 min avro (165 min dollar) alıblar.

Malta Avropa Birliyinin ən kiçik üzvüdür.

Bu qalmaqalda Azərbaycanın da adı hallanır. Belə ki, jurnalist Daphne Caruana Galizia müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktlarını araşdıraraq üzə çıxarıb. Göndərilən pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib.

Azərbaycan hakimiyyəti indiyədək bu iddiaları cavablandırmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG