Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 05:50

Rusiya Çinə qaz vurmağa başlayır


"Sibirin gücü" kəmərinin tikintisi, arxiv fotosu

Dekabrın 2-də Rusiyanın Gazprom dövlət şirkəti 3 min km-lik “Sibirin Gücü” kəmərinin açılışını edəcək və Çinə təbii qaz vurmağa başlayacaq. Rusiya bununla Avropadan başqa daha bir potensial nəhəng təbii qaz bazarına girmiş olur.

Rusiya Prezidenti Vladimir Putin və çinli həmkarı Xi Jinping kəmərin açılışına TV-əlaqə vasitəsilə qoşulacaqlar.

Çin ilk dəfədir şimal qonşusundan kəmərlə qaz alır və Rusiyanın ixrac bazarında yerini möhkəmlədir.

2025-ci ilədək Çin Rusiyadan ildə 38 milyard kubmetr qaz ala biləcək.

30 illik, 400 milyard dollarlıq layihə üzrə razılaşma 2014-cü ildə Gazprom ilə Çin Milli Neft Korporasiyası arasında əldə olunub.

Tərəflər qazın qiymətini açıqlamayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG