Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Vaxtı keçmiş yağ və zəhərlənmə...


Təcili Yardım

Noyabrın 28-i gecə saatlarında Bakının Biləcəri qəsəbəsində fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərləndiyi bildirilir.

Bunu Səhiyyə Nazirliyindən deyiblər.

Məlumata görə, zəhərlənənlər 11- və 16-yaşlı iki qız, uşaqların anası və nənəsidir. Qeyd edilir ki, azyaşlılar 2 saylı Uşaq Xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

«Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda onların müalicələri davam edir», - məlumatda vurğulanır.

Nazirlikdən bildirilib ki, 2 saylı Uşaq Xəstəxanasında qızlara lazımı tibbi yardım göstərilir, həyatları üçün təhlükə yoxdur, müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.

Məlumata görə, ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Hələlik, məsələyə onların özündən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 3 tələbə qızı da zəhərlənmişdi. Onların da qidadan zəhərləndikləri ehtimal edilirdi. Həmin tələbələrdən biri vəfat edib, iki tələbə isə noyabrın 28-də evə buraxılıblar. Bu ara qidadan zəhərlənmələrlə bağlı başqa şikayətlər də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG