Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Regionlardakı yoxsulluğa görə qubernatorlar cəzalandırılacaq


Rusiyanın Baş naziri Dmitry Medvedev və Çeçenistanın başçısı Ramzan Kadyrov, 23 noyabr, 2019-cu il
Rusiyanın Baş naziri Dmitry Medvedev və Çeçenistanın başçısı Ramzan Kadyrov, 23 noyabr, 2019-cu il

Rusiya hökuməti dotasiya ayrılan region başçılarını intizam məsuliyyətinə cəlb etməyə hazırlaşır. Bu sıraya Şimali Qafqaz, Ukraynanın ilhaq olunmuş Krım regionu, Altay, Tuva, Buryatiya və Kamçatka daxildir. Bu haqda noyabrın 28-də “Izvestiya” qəzeti yazıb. 2021-ci ildən həmin regionlara dotasiyanın kəsilməsi də planlaşdırılır.

Regional hakimiyyət dotasiya səviyyəsini azaltmayıb büdcə gəlirlərinin artımını təmin etmədiyi hallarda bu tədbirlərə əl atılacaq. Maliyyə Nazirliyi hökumətin belə bir sərəncamını hazırlayıb.

Həm də intizam tədbirləri son bir neçə ildə büdcəsində federal dotasiyanın həcminin gəlirlərin 40 faizini üstələdiyi regionların qubernatorlarına qarşı həyata keçirilə bilər. Hazırda 13 region belə problemli siyahıdadır.

Dövlət Duması təşəbbüsü dəstəkləyir, regionlara dotasiya ayrılmasında problemlər olduğunu etiraf edir. Qəzet yazır ki, Federasiya Şurasında qubernatorların dərhal işdən çıxarılması təklif olunub.

Hazırda Çeçenistan büdcəsinin 80 faizi federal dotasiya hesabına təşkil olunur. Rusiya müxalifət siyasətçilərinin fikrincə, bu vəsaitin əhəmiyyətli hissəsi respublika başçısı Ramzan Kadyrov-un şəxsi rahatlığına sərf olunur. Kadyrov özü deyir ki, Çeçenistana pulu “Allah verir”.

Çeçenistan 2019-cu ildə də ən böyük dotasiya alanlar siyahısına düşüb – respublikaya 30 milyard rubldan artıq vəsait ayrılması planlaşdırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG