Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:39

Putin Qırğızıstana gedib


Vladimir Putin (solda) Bişkekdə

Rusiya Prezidenti Vladimir Putin noyabrın 28-də Qırğızıstana gedib. Bu ölkədə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası keçiriləcək.

Putini Bişkek aeroportunda qırğızıstanlı həmkarı Sooronbai Jeenbekov qarşılayıb.

KTMT-yə həmçinin Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan da daxildir.

Putinin tədbir zamanı KTMT-nin prioritetlərini açıqlayacağı gözlənir. Gələn ildən təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçir.

İclasın gündəliyində müxtəlif sahələri əhatələyən 21 məsələ durur. Bunu Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət departamentinin rəhbəri Daniyar Sidikov deyib.

İclasda Tacikistan- Əfqanıstan sərhədinin qorunması, Qlobal Antiterror Strategiyasının icrasında BMT ilə əməkdaşlıq, KTMT üzvlərinin xarici siyasət fəaliyyətinin koordinasiyası müzakirə olunacaq.

Təşkilatın informasiya təhlükəsizliyi daxil olmaqla, kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi də müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG