Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:02

Əmlak Komitəsi telekanalı məhkəməyə verib


1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Əmlak Məsələləri Dövlət Komitəsi «Space» teleradio şirkətini məhkəməyə verib. Komitə telekanala qarşı pul tələbiylə iddia qaldırıb.

Məhkəmə çəkişməsi icarə pulunun ödənilməməsi ilə əlaqədardır. Komitə iddia edir ki, «Space» uzun müddətdir icarə haqqını ödəmir. Borc artıq 26 min manatı keçib.

Əmlak Məsələləri Dövlət Komitəsi üç müqavilənin hər biri üzrə 7815 manat, 3560 manat və 14854 manat olmaqla, ümumilikdə 26 min 229 manat pulun bu qurumun Mərkəzi Bankdakı hesabına köçürülməsini tələb edir.

Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Komitənin iddiasına baxmaqdan imtina edib. Hakim Aytən Oruczadə noyabrın 27-də verdiyi qərarında yazır ki, iddia ərizəsi məhkəməyə təqdim olunanda (elektron qaydada) qanunvericiliyin tələbləri pozulub. İddia tələbi 10 min manatdan az olan işlərə sadələşdirilmiş qaydada baxıla bilər. Bu işdə isə iddia tələbinin məbləği çoxdur. Ona görə də elektron qaydada təqdim oluna bilməzdi. Hakim tövsiyə edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi iddia icraatı qaydasında ərizəni yenidən təqdim etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG