Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:18

'Siyasi məhbus'larla bağlı yeni siyahı açıqlandı


Həbsxana

Noyabrın 25-də Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup siyasi məhbus sayılan şəxslərlə bağlı yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 112 nəfərin adı daxil edilib. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısında yer alıb.

Siyasi məhbus kimi tanınmış şəxslərdən 5-i jurnalist və bloqer sayılır. Bunlar Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli Polad Aslanovdur. 7 şəxs isə siyasi və ictimai fəallardır .

Habelə siyahıda 45 nəfər «inanclı fəallar» kateqoriyasına daxil edilib.

Bundan başqa, üç ömürlük məhbusun- Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif KazımovSəfa Poladovun adları da siyahıda yer alıb.

Siyahıda 1 şəxs də «siyasi girov» kateqoriyasına aid edilib. O isə siyasi mühacirlərdən TuranTV-nin əməkdaşı Türkel Azərtürkün qohumu Emin Saqiyevdir.

Dövlət çevrilişində ittiham edilən Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Ceyhun Əliyev, Cahangir Kərimov) da siyahıya daxil edilib.

Bundan başqa, ötən il Gəncədə baş verən olaylara görə həbs edilənlərdən də 48 nəfər siyahıda yer alıb.

11 nəfərin işi monitorinqdədir

Sənədə görə, İşçi qrup hazırda mühakimə olunan 11 nəfərin işləri üzrə məhkəmə proseslərinin monitorinqini aparır və sənədlərini araşdırır. Onların əksəriyyəti də Gəncə şəhərində baş verən olaylarda tutulanlardır. Habelə, bura narkotikdə ittiham edilən jurnalist Şəfəq Ağabalayeva da daxil edilib.

Hesabatda həmçinin, qeyd edilib ki, İşçi qrupun sentyabrın 3-də açıqladığı sənəddə adları keçənlərdən 8 nəfər bu müddətdə azadlığa buraxılıb. Onlardan 5-i məhkəmə qərarı ilə, 3-ü isə cəza müddəti bitdiyi üçün azad edilib. «Bu dövrdə bir nəfər həbsdə ikən ağır xəstəlikdən (QİÇS və Hepatit C) vəfat edib», - hesabatda yazılıb.

İki nəfərin adı isə yeni siyahıya əlavə edilib.

Xatırlatma

Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə siyahı var. Başqa bir siyahıda da elə təqribən 120-yə yaxın şəxsin yer aldığı bildirilir.

Bu ilin martında isə prezidentin imzaladığı əfv sərəncamı ilə 50-yə qədər siyasi məhbus sayılan şəxsin azadlığa buraxıldığı açıqlanmışdı. Ondan sonra da siyahılara əlavə edilənlər və çıxarılanlar olub.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyahi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edilmiş adamlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG