Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 01:58

Putin ‘pul deməkdir’ – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin elm və innovasiya üzrə uğurlarıyla öyünmək istəyir, ancaq o eyni zamanda mümkün qədər çox sərvət yığmağa çalışır. Bu günlərdə təhlükəsizlik qüvvələrinin Moskvadakı Lebedev Fizika İnstitutuna reydi də göstərdi ki, seçim qarşısında qalsa, o, pul seçər. “Project Syndicate” portalında Nina L. Khrushcheva belə yazır.

Ötən ay təhlükəsizlik qüvvələri Moskvadakı Lebedev Fizika İnstitutunda (FIAN) reyd keçirib. Müəllif bu institutun illərlə Rusiyanın elmi-texnoloji proqresinin önündə getdiyini yazır. Reyd institutun direktoru Nikolai N. Kolachevsky-ni dindirmək məqsədilə keçirilib. FIAN-ın binasında ofis kirayə götürmüş “Trioptics” adlı şirkət guya Almaniyaya xüsusi optik şüşə ixrac etməyi planlaşdırırmış. Bu şüşə kosmik və hərbi sahədə işləndiyindən hakimiyyət iddia edir ki, onun ixracı ölkənin təhlükəsizliyinə zərbə vura bilər.

Akademiya Kremlə qarşı

Müəllif Putinin bu institutla bağlı maliyyə maraqlarını qızı Katerina Tikhonova ilə əlaqələndirir. O, dövlətdən pul alan “Innopraktika” adlı elmi institutun rəhbəridir. “Innopraktika” əsasən beyinin fəaliyyətini oxuyan cihazlar sahəsi üzrə fəaliyyət göstərir. Qurum eyni zamanda Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Mühafizə Xidmətinin ofislərinə bitişik böyük torpaq sahələrində hər növ tikinti layihələrinə nəzarət edir.

Məqalədə elm-pul sxeminin iziylə Rusiya Elmlər Akademiyasında baş verənlərə də toxunulur. 2013-cü il seçkisində Kremlin üzvlüyə dəstəklədiyi namizədlər yaxşı nəticələr göstərməyincə hökumət böyük islahatlar elan elədi, quruma seçkilərə isə üçillik moratorium qoydu.

2017-ci il seçkisini bütün maxinasiyalara baxmayaraq, tanınmış fizik Alexander Sergeev qazandı. O, hökumətin akademiyayla bağlı islahat cəhdlərini, elmi tədqiqat sahəsinə nəzarəti genişləndirməsini tənqid edirdi. Amma beynəlxalq nüfuzu o qədər böyük idi ki Putinin onun namizədliyini təsdiqləməkdən başqa yolu qalmadı. Müəllif akademiyanın dirənişinin Kremldən ötrü qəbuledilən olmadığını vurğulayır.

Müəllif Sergeev-in FIAN-a reydi pislədiyini, bunun rusiyalı alimlərin nüfuzunu sarsıtdığını yazır. Bu reyd “ola bilsin, onu gözdən salmaq üçün” gerçəkləşdirilib, məqalədə deyilir.

“Putin Rusiyasında fizika casuslara məxsusdur, tarixi çekistlər yazır, coğrafiyanı isə əsgərlər”. Bunu müəllifin Moskvada bir jurnalist dostu deyib. Məsələ bundadır ki, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergei Naryshkin eyni zamanda Rusiya Tarix Cəmiyyətinin prezidentidir. Müdafiə naziri Sergei Shoigu isə Rusiya Coğrafiya Cəmiyyətinə rəhbərlik edir.

XS
SM
MD
LG