Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:03

AB-nin ayırdığı yardımın 10 faizindən də azı ünvanına çatır


Yunanıstanda qaçqınlar, arxiv fotosu
Yunanıstanda qaçqınlar, arxiv fotosu

Avropa Birliyinin yardım kimi ayırdığı pulun 10 faizindən də azı ehtiyacı olan ölkələrə çatır. Yeni araşdırma artıq ikinci ildir yardımın məbləğinin azaldığını üzə çıxarıb. Bu haqda “The Guardian” yazır.

AB və üzvləri dünyada inkişafın ən böyük donor qrupu olaraq qalır, 2018-ci ildə 71,9 milyard avro (61 milyard dollar) sərmayə ayırıb ki, bu qlobal yardımın yarıdan çoxunu təşkil edir. Ancaq bu, AB-nin 2017-ci ildə ayırdığı yardımdan 5,8% azdır.

“AidWatch” (Yardıma Nəzarət) adlı hesabatı Avropanın Concord QHT-si hazırlayıb.

Cəmi 8 faiz

BMT 1970-ci ildə ümumi milli gəlirin 0,7 faizini yardıma ayırmaq hədəfini qoyub. Qrup bu hədəfin əksinə gedildiyini, ötən il AB-nin ümumi milli gəlirinin cəmi 0,47 faizi həcmində yardım ayrıldığını üzə çıxarıb. 2017-ci ildə bu göstərici 0,49%, 2016-cı ildə 0,51% idi.

Beş ölkənin – İtaliya, Yunanıstan, Finlandiya, Avstriya və Litvanın cəmi yardımı 10 faiz azalıb.

“2030-cu il davamlı inkişaf gündəmindən getdikcə daha çox uzaqlaşırıq. Biz hədəfdən təkcə kəmiyyət deyil, yardımın keyfiyyəti baxımından da geri qalırıq”, – ActionAid İtaliya təşkilatından Luca De Fraia deyib.

Hazırda dünyanın ən yoxsul ölkələrinin yalnız 8 faizi AB-nin yardımını alır. Bu ölkələrin əldə etdiyi məbləğdə cüzi artım var – 2017-ci ildə 0,11%-dən 2018-ci ildə 0,12%-ə yüksəlib.

Concord İsveçdən Åsa Thomasson AB liderlərini daha çox yardım ayırmağa çağırıb.

Hesabatda nəyin məhz yardım kimi qeyd olunması sahəsində irəliləyişin olduğu vurğulanır. Məsələn, əvvəllər bəzi ölkələr daxildə tələbələrə, qaçqınlara, təhlükəsizliyə ayrılan pulları da buraya daxil edirdilər. Ancaq bütün bunlar “şişirdilmiş yardım” kateqoriyasına salınır, çünki inkişafa töhfə vermir və bu pullar heç vaxt AB-dən çıxmır.

Builki hesabatda şişirdilmiş yardımda 25% azalma qeydə alınıb. Qaçqınların xərci 35 faiz, yardımdan borcların silinməsi üçün istifadə 66% azalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG