Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 18:27

Ukraynada Maydan hərəkatının ildönümüdür


Kiyevdə anım mərasimi

Minlərlə ukraynalı Kiyevdə və digər şəhərlərdə küçələrə çıxaraq Maydan hərəkatının altıncı ildönümünü qeyd edib. Həmin etirazlar nəticəsində moskvapərəst prezident Viktor Yanukovych ölkədən qaçmışdı.

Noyabrın 21-də 5 minədək adam Kiyevin mərkəzi meydanına yığışıb. Onlar həmçinin həmin hərəkat zamanı həyatını itirənləri yad edib, etirazların ölkədə kök salmış korrupsiyaya son qoya bilməməsindən məyusluq bildiriblər.

Odessa, Lvov, Dnepr, Xarkovda da yürüşlər keçirilib.

Maydan hərəkatı 2013-cü il noyabrın 21-də başlanıb. Buna ovaxtkı Prezident Yanukovych-in Avropa Birliyi ilə Assosiasiya Sazişini rədd etməsi səbəb oldu.

BMT Kiyevin mərkəzi Müstəqillik Meydanında üç ayadək davam edən etirazlarda 98 nəfərin həlak olduğunu bildirir. Onların 84-ü etirazçılar, qalanları hüquq-mühafizə əməkdaşları idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG