Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 16:24

Hər 4 avropalıdan birinin antisemit fikirləri var


Ukraynada 1941-ci ildə öldürülən yəhudilər anım mərasimi
Ukraynada 1941-ci ildə öldürülən yəhudilər anım mərasimi

Hər dörd avropalıdan birinin antisemit fikirləri var. Bu cür yanaşma şərq ölkələrində yüksələn xətt üzrə gedir, qərbdə isə dəyişməz qalıb. Bunu noyabrın 21-də açıqlanmış rəy sorğusuna əsasən demək olar.

Nyu Yorkda mənzillənən Antidefamasiya Liqası Avropanın 14 ölkəsində rəy sorğusu keçirərək antisemit baxışların ən çox Polşada yayıldığını üzə çıxarıb. 2015-ci ildə bu ölkədə əhalinin 37 faizi antisemit yanaşma sərgiləyirdisə, indi bu nisbət 48 faizə yüksəlib.

Hökumətlər tənqid altında

Ukraynada isə 2016-cı ildə əhalinin 32, indisə 46 faizində belə fikirlər var.

Macarıstanda antisemit baxışlar az dəyişsə də, yüksək olaraq qalır, 40%-dən 42%-ə qalxıb.

Bu üç ölkənin hökumətlərini yəhudi qrupları tənqid edirlər, ancaq onlar antisemit mövqedə olmadıqlarını deyirlər.

Məsələn, ötən il Ukrayna 2-ci Dünya müharibəsi dövründə nasistlərlə əməkdaşlıq etmiş millətçi liderin xatirəsini əbədiləşdirdi. Bu addım İsrail səfirinin kəskin tənqidinə səbəb oldu.

Macarıstanda isə Viktor Orban hökuməti yəhudi əsilli maliyyəçi George Sorosa qarşı kampaniyasına görə geniş tənqid olunub.

Qərbi Avropada antisemit baxışlar dəyişməz qalıb

2018-ci ilin əvvəlində Polşada ictimai miqyasda antisemit nitqdə yüksəliş yarandı. Buna millətçi hakim partiyanın Holokostla bağlı nitqlərdə müəyyən məqamları qadağan edən qanunvericiliyi qəbul etməsi səbəb olub. İsrailin mövqeyincə, məqsəd polyakların Holokostda iştirakını təmizə çıxarmaq idi.

Araşdırmaya görə, Qərbi Avropada antisemit baxışlar ya sabit qalıb, ya da azalıb. Britaniya, İspaniya, Niderland, İtaliya, Almaniya və Avstriyada azalma qeydə alınıb.

Şərqi Avropada geniş yayılmış bir fikir də yəhudilərin biznes dünyasında nüfuzuyla bağlıdır. Ukraynalıların 72, macarıstanlıların 71, polşalıların 56, rusiyalıların 50 faizi yəhudilərin böyük nüfuz sahibi olması fikriylə razılaşır.

Qərbi Avropada ən çox yayılmış antisemit fikir ondan ibarətdir ki, yəhudilər daha çox İsrailə sadiqdirlər, nəinki yaşadıqları ölkəyə. Fransada respondentlərin 32, İspaniyada 62 faizi belə düşünür.

Almaniyada 42, Avstriyada isə 44% respondent düşünür ki, yəhudilər Holokostda başlarına gətirilənlər barədə həddən artıq çox danışırlar. İsveçdə 15, Britaniyada isə 18 faiz belə düşünür.

XS
SM
MD
LG