Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:28

Ümumdünya Tualet günü niyə qeyd olunur


Kənddə tualet
Kənddə tualet

Tualet insanın həyatını xilas edir, çünki insan ifrazatı ölümcül xəstəliklər yayır. Ümumdünya Tualet Gününün qeyd olunmasında məqsəd qlobal sanitariya böhranıyla mübarizəyə diqqət çəkməkdir.

Hər il noyabrın 19-da Ümumdünya Tualet günü qeyd olunur. Qlobal sanitariya böhranına diqqət çəkməklə həm də Davamlı İnkişaf Məqsədlərindən birinə nail olmağa çalışılır. Məqsəd 2030-cu ilədək hamının sanitariya qovşağının olmasıdır. Ümumdünya Tualet Günündə sanitariya problemləri yaşayan adamlar diqqət mərkəzinə keçir.

Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabatda inkişaf etməkdə olan dünyada milyonlarla kanalizasiya xidmətçisinin dəhşətli iş şəraitində çalışdığı vurğulanırdı.

“İnkişaf etməkdə olan dünyada milyonlarla kanalizasiya xidmətçisi sağlamlıq və həyatlarına təhlükə yaradan şəraitdə işləməyə məcburdur, bu, onların ləyaqətini, insan haqlarını alçaldır”, – hesabatda vurğulanırdı.

“Kanalizasiya xidmətçiləri insan sağlamlığı üçün vacib dövlət xidmətini təmin edirlər. Onlar adətən cəmiyyətin ən çox çıxdaş olunan, yoxsul və ayrıseçkiliklə üzləşən üzvlərinə çevrilirlər, işlərini avadanlıqsız, qorumasız, hüquqlarsız həyata keçirirlər”, – ÜST bildirir.

Hər il dünyada antisanitariyadan 432 mi nəfərin ishaldan dolayı dünyasını dəyişməsinə səbəb olur. Xolera, dizenteriya, qarın yatalağı, Hepatit A, poliomielit kimi xəstəliklər də antisanitariya ilə əlaqələndirilir.

XS
SM
MD
LG