Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

Rusiyalıların 22 faizinin kanalizasiya sisteminə çıxışı yoxdur


Rusiyada həyət tualeti
Rusiyada həyət tualeti

Rusiyada evlərin 22,6 faizinin, yaxud əhalinin beşdə birinin indiyədək mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur. Bu haqda Rusiyanın statistika idarəsi illik tədqiqatlara istinadla məlumat yayıb.

Rusiyalıların 16,8 faizi ayrıca qazılmış kanalizasiya quyularından istifadə edir, əhalinin 5,8 faizinin isə kanalizasiyası heç yoxdur. Rusiyalıların 12,6 faizi isə bildirib ki, yaşadıqları evdə, yaxud mənzildə tualet yoxdur, ümumi sanuzeldən (məsələn, kommunal mənzildə), yaxud evdən ayrı tikilmiş tualetdən istifadə edirlər.

Kanalizasiyası olmayanlar əsasən kəndlərdə yaşayırlar: kənd yerlərində yaşayan rusiyalıların 66,5 faizi sosioloqlara belə deyiblər.

ŞƏHƏRLİLƏRİN GÜNÜ DAHA YAXŞI KEÇİR

Rosstat hesablayıb ki, hazırda kəndlərdə yaşayanların 48,1 faizi kanalizasiya çalalarından istifadə edir, kənd sakinlərinin 18 faizindən çoxunun isə kanalizasiyası heç yoxdur. Kənd sakinlərinin 38,2, şəhərlilərin isə 4,7 faizinin tualeti həyətdədir, ya da evdən ayrı tikilib.

Arxiv fotosu
Arxiv fotosu

Çoxmənzilli evlərin tikildiyi şəhərlərdə durum daha yaxşıdır: şəhərlilərin yalnız 9 faizi kanalizasiyaya çıxışı olmadığını deyib.

Tədqiqatçılar bir məqama diqqət çəkirlər, şəraiti, kanalizasiyası olmayanlar içində çoxuşaqlı ailələr üstünlük təşkil edir. Bu isə belə ailələrin sosial baxımdan müdafiəsizliyini, həyat şəraitlərinin məhdudlaşdığını göstərir.

Ancaq statistika idarəsi Rusiyada həyat şəraitinin əvvəlki illərlə müqayisədə yaxşılaşdığını bildirir. 2016-cı ildə əhalinin 23,6 faizinin kanalizasiyası yox idi, 16,5 faizi isə xüsusi quyulardan istifadə etdiyini deyirdi.

Azərbaycanın bəzi bölgələrində, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə də kanalizasiya sisteminə çıxış tam təmin olunmayıb. Bakı kəndlərinin əksəriyyətində sakinlər həyətyanı sahələrdə xüsusi kanalizasiya quyuları qazıtdırırlar.

Ölkənin müxtəlif bölgələrinin su və kanalizasiya sisteminin bərpasına, yenidən qurulmasına müxtəlif illərdə dövlət büdcəsindən milyonlar ayrılsa da, bu sahədə problemlər qalmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG