Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:00

Sharif müalicəyə Londona yollanıb


Nawaz Sharif məhkəmədə, 11 oktyabr, 2019-cu il

Pakistanın keçmiş baş naziri Nawaz Sharif müalicə almaqdan ötrü ölkənin şərqindəki Lahor şəhərindən Londona yola düşüb.

Onun noyabrın 19-da xüsusi təyyarə ilə yola düşdüyü bildirilir.

Ötən həftə Lahor Ali Məhkəməsi onun xaricdə müalicə almasına icazə verib.

Keçmiş baş naziri qardaşı, müxalifətdə olan Pakistan Müsəlman Liqası-Navaz (PML-N) partiyasının lideri Shehbaz Sharif, həkim briqadası müşayiət edir.

Yola düşməzdən qabaq Sharif-ə dərmanlar verilib ki, səyahət vaxtı səhhəti sabit qalsın.

Sharif ilin əvvəlində korrupsiyada təqsirli bilinərək 7 illik həbsə məhkum edilib. Oktyabrın 21-də onun səhhəti ağırlaşdığından həbsxanadan xəstəxanaya aparılıb.

Özü ittihamları rədd edir, siyasi motivli adlandırır.

XS
SM
MD
LG