Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Rusiya Ukrayna gəmilərini buraxdı


Ukraynanın azad edilmiş gəmiləri
Ukraynanın azad edilmiş gəmiləri

Rusiya Ukraynanın üç gəmisini buraxdığınlı bildirir.

Bu gəmilər bir il bundan əvvəl 2014-cü ildə qanunsuz olaraq Ukraynadan ilhaq edilmiş Krım yarımadasının yaxınlığında həbs edilmişdi.

Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 18-də bildirib ki, “gəmilərin sərhədi qanunsuz keçməsinə dairtəhqiqat tam başa çatdığından Rusiyanın bundan sonra da onları saxlaması məqsədəuyğun deyil”.

Ukraynanın Müdafiə Nazirliyi iki kiçik zirehli gəminin və bir yedək gəmisinin qaytarıldığını təsdiq edib.

***

Bundan əvvəl noyabrın 18-də Rusiyanın ötən il müsadirə etdiyi üç Ukrayna gəmisini qaytaracağı gözlənirdi.

Bu arada Almaniyanın Xarici işlər naziri Heiko Maas noyabrın 18-də Kiyevə səfər edir.

Noyabrın 17-də üç gəmi Qara Dənizdəki Krım yarımadasının şərq sahilindən Rusiya gəmilərinin müşayiəti ilə yedəyə alınıb.

Interfax Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadla yazır ki, təhvilvermə Qara Dənizdə neytral sularda gerçəkləşəcək. Ukrayna mediası isə gəmilərin Ukraynanın Odessa liman şəhərindən 60 mil məsafədə təhvil veriləcəyini yazıb.

İki silahlı gəmi və bir yedək gəmisi 25 heyət üzvü il birlikdə 2018-ci ilin noyabrın Krım sahillərində saxlanıb.

Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq etmiş Moskva gəmilərin onun ərazi sularına qanunsuz girdiyini iddia edib.

Kiyev isə bu iddiaları rədd edir.

24 dənizçi sentyabrın 7-də Rusiyayla Ukrayna arasında əsir mübadiləsi çərçivəsində buraxılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG