Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

İranda etirazlarda azı 6 nəfər öldürülüb


İsfahanda etiraz
İsfahanda etiraz

Hakimiyyət İranda interneti kəsdiyindən noyabrın 18-də vəziyyətin necəliyi qeyri-müəyyən qalır.

Rəsmilər toqquşmalarda alt nəfərin öldürüldüyünü, onlardan 3-nün etirazçı, üçünün təhlükəsizlik əməkdaşı olduğunu bildirir. Ancaq məlumatlara görə, ölü sayı bundan daha artıq ola bilər.

“Frans Pres” hökumətin sözçüsü Ali Rabiei-yə istinadla vəziyyətin “sakitləşdiyini”, “bəzi kiçik məsələlərin” qaldığını xəbər verir.

Sosial mediaya çıxa bilmiş bəzi videolara hökumət qüvvələrinin etirazçılara atəş açdığı görünür.

Tehran, İsfahan, Şiraz və digər yerlərdə azı 5 universitet bağlanıb. İran mediası 17-dən artıq şəhərdə və azı 5 vilayətdə məktəblərin bağlandığını bildirir.

İsfahanda metro bağlanıb.

***

ABŞ İranda etirazçılara qarşı gücdən istifadəni pisləyir

Birləşmiş Ştatlar İranda etirazçılara qarşı gücdən istifadəni, virtual kommunikasiyasının kəsilməsini pisləyib.

Ağ evin noyabrın 17-də yaydığı bəyanatda “dinc etirazlara çıxmış İran xalqına dəstək” ifadə olunur.

“Nümayişçilərə qarşı ölümə səbəb olan gücdən istifadəni, kommunikasiyanın kəskin məhdudlaşdırılmasını pisləyirik”, – bəyanatda vurğulanır.

Hökumət benzin satışına kvota tətbiq edəndən sonra ölkəni etirazlar bürüyüb. 100-dək şəhərdə etirazların baş verdiyi xəbər verilir.

İran hakimiyyəti kütləvi etirazlara kəskin reaksiya verəcəyi xəbərdarlığını edib.

Rəsmilər xəbərdarlıq edir

Ali dini lider Ayətulla Ali Khamenei noyabrın 17-də deyib ki, etirazlar zamanı “bəziləri həyatlarını itirib, bəzi yerlər dağıdılıb”. O, nümayişçiləri “başkəsən” adlandırıb.

Bir sıra şəhərlərdə etirazçılarla polisin toqquşduğu xəbər verilir. İranın Fars xəbər agentliyi minədək adamın həbs olunduğunu bildirir.

Dövlət mediasının məlumatına görə, nümayişlərdə 100-dən artıq bank və mağazaya od vurulub.

Khamenei hökumətin benzini bahalandırmaq qərarını dəstəkləyib. Noyabrın 15-də verilmiş qərar etirazlara səbəb olub.

Enerji ehtiyatları ilə zəngin İran dünyada benzinin ən ucuz satıldığı ölkələr sırasındadır.

Ancaq ölkənin emal gücü zəif olduğundan benzin tələbatını ödəməkdə çətinlik çəkir. ABŞ-ın nüvə sazişindən çıxandan sonra tətbiq etdiyi sanksiyalar isə emal zavodlarının modernləşməsi üçün gərəkən ehtiyat hissələri təchizatını məhdudlaşdırıb.

Prezident Hassan Rohani hökumətin “təhlükəsizliyin pozulmasına” imkan verməyəcəyini söyləyib.

IRNA dövlət xəbər agentliyi Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla asayişin bərpası üçün “səyləri əsirgəməyəcəyini” yazıb.

Baş prokuror Mohammad Jafar Montazeri iddia edib ki, “təhrikçilər şübhəsiz xaricdən idarə olunur, onların hərəkətləri qanunsuz və kriminaldır”.

ISNA dövlət xəbər agentliyi noyabrın 17-də Kirmanşah şəhərində bir polis əməkdaşının öldürüldüyünü xəbər verir. Sircan şəhərindəki toqquşmalarda isə bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Bunu yerli rəsmi deyib.

Deputat spikeri tənqid edir

Ölkənin əksər hissəsində, eləcə də Tehranın bəzi hissələrində internetin kəsildiyi xəbər verilir. Bunu dünyada internetə çıxışın monitorinqini aparan müstəqil QHT bildirib. Hakimiyyət isə noyabrın 16-da bildirib ki, kəsinti yalnız 24 saat çəkəcək.

Vaşinqton avqust və noyabrda İrana sərt sanksiyalar tətbiq edib, ölkənin neft və maliyyə sektorlarını hədəfə alıb. ABŞ İranı nüvə sazişi üzrə yeni danışıqlara məcbur etmək istəyir, Tehran isə bunu rədd edir.

Bu etirazlar fevrala planlaşdırılan parlament seçkisi öncə Prezident Rohani-yə təzyiqi artıra bilər.

Deputat Mohammad Qassim Osmani noyabrın 17-də postundan istefa verib. O, çıxışında parlamentin spikeri Ali Larijani-ni tənqid edib, onun deputatlara etirazlar haqda fikirlərini bildirməyə imkan vermədiyini deyib.

İranlılar isə sosial mediada yazırlar ki, ədliyyədən etirazlara qatılmamaqla bağlı xəbərdarlıq alırlar. Mətn mesajlarda etirazlar “qanunsuz” adlandırılır, xəbərdarlıq edilir ki, etirazlara gedənlər təqib olunacaq.

Dövlət televiziyası nümayişlərin həcmini şişirtməyə çalışan “düşmən mediası”nı ittiham edib, onların “sosial mediadakı saxta xəbərlər və videolardan istifadə etdiyini” bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG