Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Litvayla Rusiya casusları dəyişir?


Nikolai Filipchenko məhkəmədə, 2017-ci il
Nikolai Filipchenko məhkəmədə, 2017-ci il

Litva prezidenti Vilnüsdə casusluğa görə həbs olunmuş iki rusiyalını əfv edib. Moskva da buna qarşılıq olaraq oxşar addım atacağını bildirib.

Prezident Gitanas Nauseda noyabrın 15-də fərman imzalayaraq casusluğa görə həbs cəzası çəkən Nikolai FilipchenkoSergei Moiseyenko-nu əfv edib. Rəsmi məlumat prezidentin vebsaytında yerləşdirilib.

Filipchenko və Moiseyenko 2017-ci ildə məhkum olunublar. Onlar 2016-cı ildə Rusiyada casusluğa görə məhkum edilmiş litvalılar Yevgeny MataitisAristidas Tamosaitis ilə dəyişdirilə bilərlər. Bu haqda Baltik Xəbər Xidməti (BNS) məlumat yayıb. Bu iki şəxsin Rusiya hərbi kəşfiyyat məlumatlarını Litvaya ötürdüyü bildirilirdi.

Nauseda-nın fərmanında deyilir ki, rusiyalılar casus mübadiləsi üzrə yeni qanun çərçivəsində əfv olunublar.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı noyabrın 15-də deyib ki, Moskva da oxşar addım atacaq. O, detallara varmayıb.

“Məndə olan məlumata görə, bu, qarşılıqlı addımdır”, Sergei Naryshkin Rusiyanın xəbər agentliklərinə deyib.

Berg əfv müraciəti yazıb

BNS yazır ki, Rusiyada casusluğa görə məhkum edilmiş norveçli Frode Berg də mübadilənin subyekti ola bilər. Agentlik anonim danışan rəsmilərdən sitat gətirib.

Rusiya Berg-in əfv müraciətinin tezliklə nəzərdən keçiriləcəyini demişdi. Kremlin sözçüsü Dmitry Peskov noyabrın 6-da deyib ki, bu müraciət normal prosedurlara uyğun olaraq nəzərdən keçiriləcək. O, əlavə detallar açıqlamayıb.

Litva məhkəməsi 2017-ci ildə Rusiyanın FSB təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim olunan Filipchenko-nu casusluğa görə 10 il həbsə məhkum edib. Onun Baltik ölkəsində yüksəkrütbəli rəsmiləri casusluğa cəlb etməyə çalışdığı bildirilirdi.

Moisejenko isə 10 il yarım həbs cəzası alıb. Vilnüs məhkəməsinin qərarına görə, o, ölkədəki hava bazasında litvalı zabiti casusluğa cəlb edib. Moisejenko isə təqsirsiz olduğunu deyib.

Norveç-Rusiya sərhədinin keçmiş inspektoru Berg 2017-ci ilin dekabrında Moskvada FSB tərəfindən saxlanıb. O, Rusiya nüvə sualtı qayıqları barədə konfidensial informasiya əldə etməyə çalışmaqda ittiham olunub.

Apreldə 63 yaşlı norveçli təqsirli bilinərək 14 illik həbsə məhkum edilib. Onun məhkəməsi Moskvada qapalı keçirilib.

XS
SM
MD
LG