Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

Ermənistan qanunsuz övladlığa götürmələri araşdırır


Ermənistanda uşaq evi
Ermənistanda uşaq evi

Ermənistan hakimiyyəti xaricilərin ermənistanlı uşaqları qanunsuz övladlığa götürməsiylə bağlı “saysız” işləri araşdırmağa başladığını bildirib.

“Ermənistanın iki vətəndaşı yerli doğum evlərindən birində, bir sıra agentlik və uşaq evlərində əlaqələrindən istifadə edərək İtaliya vətəndaşları tərəfindən 30-dan artıq körpənin övladlığa götürülməsini təşkil edib və bu zaman Ermənistan qanunları kobud şəkildə pozulub”, – Milli Təhlükəsizlik Xidməti noyabrın 14-də bəyanatında deyib.

Bəyanatda qanunsuz övladlığa götürmələrin 2016-2018-ci illərdə həyata keçirildiyi bildirilir, ancaq uşaqların indiki durumuyla bağlı informasiya verilmir.

Həmin müddət ərzində Ermənistanda ümumilikdə 54 uşaq əcnəbilər tərəfindən övladlığa götürülərək xaricə aparılıb.

Uşaqları daha çox İtaliya və Birləşmiş Ştatların vətəndaşları övladlığa götürüb.

Ermənistanın hökumət orqanları nadir hallarda belə bir informasiya açıqlayır və bu, orqan satışıyla bağlı spekulyasiyaya yol açıb.

“Hal-hazırda orqan satışı barədə heç bir məlumat yoxdur. Bu kontekstdə əlavə informasiya çıxarsa, açıqlanacaq”, – Təhlükəsizlik Şurasının katibi Armen Grigorian deyib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosian da təhlükəsizlik xidmətinin bəyanatına reaksiya verib. O deyib ki, “belə qanunsuz sxemlərdə iştirak etmiş, yaxud edəcək istənilən tibb ocağı qanunun tam gücüylə məsuliyyətə cəlb olunacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG