Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Rusiya Suriyanın şimal-şərqində vertolyot bazası qurur


Suriyanın şimalında Türkiyə və Rusiya əsgərləri, arxiv fotosu
Suriyanın şimalında Türkiyə və Rusiya əsgərləri, arxiv fotosu

Rusiya noyabrın 14-də elan edib ki, Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində vertolyot bazası qurur. Ötən ay ABŞ bu ərazidən hərbçilərini çıxarıb.

Müdafiə Nazirliyinin Zvezda televiziyası hərbi vertolyotların bazaya çatdığını göstərib. Bazanı Pantsir raket müdafiə sistemi qoruyur.

Vertolyotlardan ikisinin Mi-35, birinin Mi-8 hərbi nəqliyyat vertolyotu olduğu bildirilir. Zvezda TV bazaya əlavə vertolyotların çatdırılacağını xəbərləyib.

Təxminən bir ay öncə Prezident Donald Trump ABŞ qüvvələrinin Suriyanın müəyyən hissələrindən hərbçilərin çıxarılmasına qərar verib.

“Bu gündən başlayaraq aviqsiya qrupumuz Qamışlı şəhər aeroportunda daimi fəaliyyət göstərəcək”, – Zvezda-nın müxbiri Pavel Remnev belə deyib və bu yerləşməni “tarixi an” adlandırıb.

Rusiya artıq Suriyanın Türkiyəylə sərhədinə yaxın ərazidə hərbi vertolyotlarla keşik çəkir. Məqsəd qurudakı Rusiya hərbi polisini mühafizə etməkdir.

Türkiyə qüvvələri ilə birgə patrul Moskvayla Ankaranın əldə etdiyi razılaşmanın monitorinqini aparır. Bu razılaşma Türkiyə oktyabrda Suriyayla sərhədi boyunca əməliyyat başladandan sonra əldə olunub.

Ankara sözügedən ərazini milli təhlükəsizliyinə təhdid saydığı kürd döyüşçülərdən təmizləmək istədiyini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG