Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Türkiyə İŞİD-çiləri ölkələrinə qaytarır


Suriyanın Türkiyəylə sərhədində ABŞ-ın Bradley zirehli maşını, 10 noyabr, 2019-cu il
Suriyanın Türkiyəylə sərhədində ABŞ-ın Bradley zirehli maşını, 10 noyabr, 2019-cu il

Türkiyə İslam Dövləti (İŞİD) qruplaşması üzvü olan ABŞ vətəndaşını deportasiya edib. Məlumatı Türkiyə rəsmisi açıqlayıb. Ankara İŞİD üzvlərini artıq repatriasiya etməyə başladığını bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Ismail Catakli bazar ertəsi Türkiyənin Anadolu dövlət xəbər agentliyinə deyib ki, Almaniyanın yeddi vətəndaşı noyabrın 14-də vətənlərinə qaytarılacaq.

Cataki şübhəli İŞİD üzvləri barədə ətraflı informasiya verməyib, ancaq onların deportasiya mərkəzlərində saxlandığını vurğulayıb.

“Prosedurlar tamamlanandan sonra Birləşmiş Ştatlardan olan əcnəbi terrorçu döyüşçü Türkiyədən deportasiya olunub”, – Catakli deyib.

ABŞ, yaxud Almaniyadan hələlik, məsələyə münasibət açıqlanmayıb.

Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində hərbi əməliyyata başlayıb, məqsədinin sərhəd regionu “terrorçular”dan təmizləyərək təhlükəsiz zona yaratmaq, oraya 3,6 milyon qaçqının bir hissəsini yerləşdirmək olduğunu deyib.

Türkiyənin əlində neçə cihadçı var

Ankara son həftələr Böyük Britaniya və Niderland daxil olmaqla Qərb ölkələrini öz vətəndaşlarını geri almaqdan imtina etdiklərinə görə tənqid edib. Ankara silahlı qruplaşma üzvlərini, hətta vətəndaşlıqları ləğv olunubsa belə, geri qaytaracağını deyib.

Türkiyənin Daxili işlər naziri Suleyman Soylu ötən həftə deyirdi ki, proses bazar ertəsindən başlanacaq. O, Türkiyə həbsxanalarında 1200-dək İŞİD-çinin olduğunu, qadınlar və uşaqlar daxil 287 üzvün isə ötən ay Suriyada əməliyyat zamanı ələ keçirildiyini bildirib.

Qərb ölkələri Ankaranın Suriyada kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı əməliyyatını dəsətkləmədi. Ankara kürdlərin YPG qruplaşmasını “terrorçu qrup” hesab edir. YPG SDF-in əsas elementidir və ABŞ-ın regionda İŞİD-i geri oturtmasında əsas rol oynayıb.

SDF Suriyanın şimal-şərqindəki həbsxanalarda minlərlə İŞİD üzvünü saxlayırdı.

Bir çox ölkələr Türkiyənin əməliyyatının İŞİD-in yenidən baş qaldırması ilə nəticələnəcəyindən narahatlıq bildiriblər. Türkiyə bu fikirləri rədd edərək İŞİD-lə mübarizə aparacağını vəd edib.

“Frans Pres” agentliyi isə Fransanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla yazır ki, şübhəli cihadçılar 2014-cü ildə Türkiyəylə əldə olunmuş razılaşmaya əsasən vaxtaşırı Fransaya repatriasiya olunur və sistem çox yaxşı işləyir.

“Cihadçılar və ailələri mütəmadi Fransaya göndərilir və təyyarəni tərk edən kimi saxlanırlar. Bu, çox vaxt gizli edilir. Xəbər yayılmır, yaxud çox gec yayılır”, – mənbə bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG