Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 17:44

İsrail İslam Cihadı komandirini öldürüb


Hadisə yeri

Noyabrın 12-də İsrail Qəzzə zolağına zərbə endirib, İslam Cihadı Fələstin hərbi qruplaşmasının komandirini öldürüb. Bu qruplaşmanı İran da dəstəkləyir. Zərbəyə cavab olaraq yaraqlılar İsrailin Təl Əviv daxil olmaqla bir sıra şəhərlərini raket atəşinə tutub.

İsrailə atılan raketlərin itkiyə səbəb olub-olmadığı bəlli deyil.

İsrail Baha Abu Al-Atta-nın sərhəd boyunca bir sıra hücumlar planlaşdırdığını bildirir. Al-Atta-nın arvadı da partlayış zamanı öldürülüb. Daha iki nəfər yaralanıb.

İslam Cihadı rəsmisinin Dəməşqdə evi də İsrailin raket zərbəsinə məruz qalıb. Suriya dövlət mediası hücum zamanı rəsminin oğlanlarından biri daxil olmaqla iki nəfərin öldürüldüyünü xəbər verir.

İslam Cihadı bu hücumda siyasi lider Akram Al-Ajouri-nin evinin hədəfə alındığını bildirib.

Şahidlər bundan az sonra fələstinli yaraqlıların İsraili raket atəşinə tutduqlarını deyir.

Sosial mediada yayılmış videolarda İsrailin Dəmir Günbəz havadan müdafiə sisteminin havada raketləri tutduğunu göstərir. İtki, yaxud ziyan barədə məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG