Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:04

Britaniyada ‘Breksit seçkisi’ necə keçəcək


Londonda parlamentin qarşısı
Londonda parlamentin qarşısı

Britaniya dekabrın 12-də növbədənkənar seçki keçirərək parlamentin 650 yeni üzvünü seçəcək və bundan sonra yeni hökumət formalaşacaq. Onların ilk işi ölkənin Avropa Birliyindən necə, nə zaman, ümumiyyətlə, çıxıb-çıxmayacağını qərarlaşdırmaqdır.

Ölkə seçki dairəsi kimi tanınan 650 regiondan ibarətdir. Hər bir dairədən İcmalar Palatasına bir deputat seçilir. Seçicilər hər bir dairə üzrə bir namizədə səs verirlər. Namizədlər ya siyasi partiyanı təmsil edir, ya da müstəqildirlər.

Ölkə üzrə 45,8 milyon seçici var.

Seçkinin ilkin nəticələri səsvermə bitəndən bir neçə saat ərzində, yekun isə dekabrın 13-də erkən saatlarda açıqlanır. Həmin günün sonunadək nəticələrin hamısı bilinməlidir.

Ekzit-pol və faktiki nəticələr açıqlanandan sonra aydın qalib bəllidirsə, müxalifət lideri məğlubiyyətini, qalib isə qələbəni elan edir.

Nəticələr çox yaxınsa, partiyalar nəticələrin hamısının elan olunmasını gözləməlidir.

Partiyada mütləq çoxluq 326 yer deməkdir. Ancaq işlək çoxluğun sayı bundan azdır. Çünki Şimali İrlandiyanın Sinn Fein partiyasından seçilən deputatlar parlamentdəki yerlərini tutmurlar.

Məsələn, 2017-ci ildə Sinn Fein yeddi yer qazanmışdı. Beləliklə də çoxluq sayı 322-yə düşmüşdü.

Heç bir partiya çoxluğu qazanmırsa, bu halda “asılı parlament” yaranır. Bu halda partiyalar parlamentdə səsverməni udmaq üçün alyans yaratma çalışırlar.

İndiki halda Baş nazir Boris Johnson parlamentdə çoxluğa hakim olmaqdan ötrü alyans yaratmağa cəhd göstərəcək.

Bu, formal koalisiya razllaşması ola bilər – 2010-cu ildə Mühafizəkarlarla Liberal Demokratlar belə bir koalisiya yaratmışdı.

“İnam və təchizat” razılaşması isə daha kiçik partiyanın hökuməti dəstəkləməsi deməkdir. 2017-ci ildə Mühafizəkarlarla demokratik Birlikçi Partiya oxşar saziş əldə etmişdi.

Johnson hökuməti formalaşdıra bilməsə, istefa verə və ən böyük müxalifət liderinə hakimiyyəti formalaşdırmaq şansı verməyi tövsiyə edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG