Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Trump 2 milyon dollar cərimə edilib


Məhkəmə ABŞ prezidenti Donald Trump-ı siyasi və biznes maraqlarını təmin etməkdən ötrü onun özünə məxsus xeyriyyə fondundan sui-istifadəyə görə 2 milyon dollar cərimə edib.

Nyu York Ali Məhkəməsinin hakimi Saliann Scarpulla-nın noyabrın 7-də verdiyi hökmdə deyilir ki, Trump bu pulu, ştatın demokrat baş prokuroru Letitia James-in qaldırdığı iddia üzrə mülki mübahisənin çözülməsi üçün bir qrup qeyri-mənfəət təşkilatlarına ödəməlidir.

Trump Fonduna qarşı məhkəmə iddiası 2018-ci ilin iyununda qaldırılıb.

İddia ərizəsində, fond xeyriyyə işi ilə Trump-ın 2016-cı il seçki kampaniyasının əlaqələndirilməsində “dəfələrlə qanunsuz davranışda” ittiham edilir.

Hakimin qərarında deyilir ki, Trump özünün prezident seçkisi kampaniyasında çalışan əməkdaşların, həm də fondun veteranlar üçün ianə toplanmasında iştirakına imkan verməklə qanunu pozub.

Scarpulla deyib ki, veteranlar üçün pul toplanması “cənab Trump-ın siyasi kampaniyası” üçün reklam rolunu oynayıb.

Trump bu fondu ötən dekabrda bağlasa da, buna baxmayaraq prokurorlar milyonlarla dollarlıq cərimə və təzminatlarla nəticələnən məhkəmə işini davam etdiriblər.

Oktyabr ayında Trump-ın vəkilləri və Baş Prokurorluq fondun buraxılması və onun 1, 7 milyon dollarlıq qalığının qeyri-mənfəət təşkilatlarına paylanmasına dair razılaşma əldə etmişdi.

Həmin razılaşmanın bir hissəsi kimi Trump fondun pullarından sui-istifadə etdiyini boynuna almışdı.

O Baş Prokurorluqla razılaşmışdı ki, nə qədər cərimə ödəməli olduğunu hakim müəyyənləşdirsin.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG