Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:14

Trump-ın xeyriyyə fondu ‘qanunsuz davranışda’ ittham edilir


Nyu York ştatının baş prokuroru bildirib ki, o, Donald Trump-ın özəl xeyriyyə fondunu məhkəməyə verir. Baş prokuror qurumu “davamlı qanunsuz davranışda” ittiham edir.

Baş prokuror Barbara Underwood-un iyunun 14-də elan etdiyi ittihamnaməyə görə Trump Foundation fondu özünün bir sıra aktivlərini Trump-ın hüquq xərclərinə və onun prezident kampaniyasına ödənişlər edərək ştat və federal qanunları pozub.

Məhkəmə ittihamnaməsində Nyu Yorkda mənzillənmiş xeyriyyə fondunun ləğvi istənir.

Trump bu ittihamnaməni “axmaq” adlandırıb və Twitter-də yazıb ki, o “bu məhkəmə işinə girişməyəcək”.

AzadlıqRadiosu yazır ki, bu itthamnamə Trump və onun yoldaşları üçün getdikcə artmaqda olan hüquqi problemlərdən biri olacaq.

Xüsusi prokuror Robert Mueller Trump-ın adamlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrinə dair cinayət təhqiqatı aparır.

Artıq indiyədək Trump-ın keçmiş kampaniya başçısına və onun ilk milli təhlükəsizlik müşavirinə qarşı cinayət işləri qaldırılıb.

Bundan başqa FTB xəfiyyələri Trump-a uzun müddətdən bəri vəkillik edən Michael Cohen-in ofisinə reyd keçirərək minlərlə sənəd və email-i müsadirə ediblər.

Ötən aprel ayında federal hakimlərdən biri demişdi ki, ABŞ prokurorları böyük bir ehtimalla Cohen-ə qarşı cinayət işi qaldıracaqlar.

Trump-a qarşı habelə bir sıra defamasiya və başqa mülki məhkəmə iddiaları qaldırılıb. Bunların arasında Trump-ın o hələ prezident olmazdan əvvəl onlarla nikahdankənar münasibətlərdə olmasını iddia edən iki qadın da var.

Onlar Trump-dan susmaq müqabilində pul aldıqlarını bildiriblər.

XS
SM
MD
LG