Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:51

Serbiya ABŞ-ın sanksiyalarına məhəl qoymur


Pantsir -S sistemi

Rusiya Serbiyaya təkmil yaxınmənzilli havadan müdafiə sistemi göndərəcək. Birləşmiş Ştatlar isə bu tranzaksiya həyata keçirələrsə Balkan ölkəsini sanksiyalarla hədələmişdi.

Rusiyanın TASS dövlət xəbər agentliyinin noyabrın 6-da verdiyi məlumata görə, Pantsir-S sistemi “imzalanmış sazişə uyğun olaraq gələn bir neçə ay ərzində” Serbiyaya çatdırılacaq.

ABŞ-ın Qərbi Balkan üzrə xüsusi elçisi Matthew Palmer ötən həftə deyib ki, Belqrad Rusiyadan bu silahı alarsa, sanksiyalara məruz qala bilər. Palmer bunu Makedoniya televiziyasına müsahibəsində söyləmişdi.

Serbiya ötən ay Rusiyayla birgə hava təlimi keçirib, təlimə Rusiyanın S-400 və Pantsir-S sistemləri də cəlb olunub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, S-400 və Pantsir-S ilk dəfəydi Rusiyadan kənarda hərbi təlimlərə qatılırdı.

Serbiya Prezidenti Aleksandar Vucic noyabrın 5-də deyib ki, Serbiya Rusiyadan müdafiə silahları almaq və ABŞ sanksiyalarından, “yaxud Amerikayla qarşıdurmadan” yayınmaq istəyir.

Serbiya həm Avropa Birliyinə qoşulmaq istəyir, həm də Rusiyayla güclü siyasi və iqtisadi münasibətlər saxlayır. Belqrad NATO-ya qoşulmayacağını bildirib, Ukraynaya təcavüzə görə Rusiyaya sanksiyalardan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG