Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

Almaniyanın birləşməsinə görə Gorbachev-ə təşəkkür edir


Mikhail Gorbachev, 2017-ci il

Almaniyanın Prezidenti Frank-Walter Steinmeier keçmiş sovet lideri Mikhail Gorbachev-ə 1990-cı ildə Almaniyanın birləşməsinə görə təşəkkür edib.

Almaniyanın dinc şəkildə birləşməsi və Avropanın bölünməsinin sonu “sizin o zaman şəxsən verdiyiniz cəsarətli və insani qərarlarsız mümkün olmazdı”, – Steinmeier Gorbachev-ə məktubunda yazır. Məktub noyabrın 5-də açıqlanıb.

Məktub Berlin divarının dağılmasından 30 il sonraya təsadüf edir. Sonrakı bir il ərzində, 1990-cı il oktyabrın 3-də Almaniya birləşdi.

Bu arada Rusiyayla Qərbin münasibətləri gərginləşib.

“Məni ən çox ağrıdan Almaniya-Rusiya, Avropa-Rusiya münasibətlərinin durumudur”, – Steinmeier vurğulayıb.

BBC-nin noyabrın 4-də yaydığı müsahibədə isə Gorbachev deyir ki, o zaman onun əsas prinsipi “qan axıdılmasının qarşısını almaq olub”.

“Almaniya üçün, bizim üçün, Avropa və bütün dünya üçün belə bir miqyasda məsələdə buna yol verə bilməzdik. Ona görə elan elədik ki, qarışmayacağıq”, – 88 yaşlı keçmiş lider deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG