Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:20

İran sərhədində bir nəfər öldürülüb


Sərhəd

Azərbaycan-İran sərhədində bir nəfər öldürülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinin bu gün, noyabrın 4-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edildiyinə görə, noyabrın 3-ü saat 04:50 radələrində Sərhəd Qoşunlarının Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması müşahidə olunub: «Sərhəd zastavası «Silaha» komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən «Dayan» əmri verilərək sərhəd pozucusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucusu əmrə tabe olmamış, üzərindəki çantanı ataraq İİR (İran İslam Respublikası) istiqamətində qaçmağa cəhd göstərmişdir».

Verilən məlumata görə, silah tətbiq olunub və həmin şəxs aldığı güllə yarasından hadisə yerində vəfat edib: «...Sərhəd pozucusuna və əraziyə baxış zamanı 1 qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 «Pietro Beretta» markalı tapança, 1 daraq, 8 ədəd patron aşkar olunmuşdur».

DSX qeyd edir ki, hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan «Niva» markalı avtomobildə Biləsuvar rayonu sakini Elgün Həsənov və Mingəçevir rayonu sakini Orxan Nəsirzadə şübhəli şəxs qismində saxlanılıb: «...Sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də «Biləsuvar» dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib».

Bu açıqlamaya, hələlik, saxlanan və həlak olan Azərbaycan vətəndaşlarının yaxınlarının, vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG