Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 21:11

Güclü külək fəsadlara səbəb olub


Foto arxiv

Noyabrın 2-si və 3-ü külək Bakının rayonlarında fəsadlara səbəb olub. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma və Bitkiləri Mühafizə Departamentinin rəhbəri Orxan Məmmədov bildirib.

«Güclü külək nəticəsində 30-dan çox ağac ziyan görüb. Belə hallar ən çox Bakının Yasamal, Binəqədi, Nəsimi və Nərimanov rayonlarında baş verib. Külək 15-ə qədər ağacı kökündən qoparıb. 15-dən də çox ağacın iri budaqlarını sındırıb», -O.Məmmədov qeyd edib.

Verilən məlumata görə, 4-ə qədər avtomobil də ağac aşması nəticəsində zədələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 2-də şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.

Noyabrın 3-də külək bir qədər mülayimləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG