Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

İran ABŞ-ı nüvə sazişinə qayıtmağa çağırır


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif ölkəsinə qarşı yeni sanksiyaları “İqtisadi terror” adlandırıb.

Zarif noyabrın 1-də özünün Twitter hesabından yazıb ki, ABŞ 2015-cı ildə İran və dünya gücləri arasında imzalanmış nüvə sazişinə qayıtmalıdır.

Nazir qeyd edir ki, ABŞ-ın yeni sanksiyaları Vaşinqtonun Tehrana münasibətdə siyasətinin “iflasa uğradığını” göstərir.

ABŞ İranın tikinti sektoruna yeni sanksiyalar elan edir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Birləşmiş Ştatlar İranın tikinti sənayesinə yeni sanksiyalar elan edir, bunu həmin sektorun mühafizəkar İslam İnqilab Keşikçiləri Korpusuna bağlılığı ilə izah edir.

Bundan başqa İranın mülki nüvə proqramına “nəzarətin saxlanması” məqsədilə nüvə əməkdaşlığına möhlətlər uzadılıb.

Verilən möhlət 2015-ci ildə İranın altı ölkəylə imzaladığı nüvə sazişinin qalan son elementlərindəndir.

ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

Avropa, Rusiya və Çin şirkətlərinə verilən möhlət isə daha 90 günlüyə uzadılıb ki, ABŞ-ın cərimələri ilə üzləşmədən İranın mülki nüvə obyektlərində işi davam etdirsinlər.

Möhlət tərəfdarları və əleyhdarları nə deyir

Prezident Barack Obama administrasiyası dövründə imzalanmış nüvə sazişinin tənqidçiləri möhlətlərin də ləğvinə çağırırlar, deyirlər ki, onlar İrana silah hazırlamaq üçün texnologiyaya çıxış verir.

“Bu, məyusedicidir, fəlakətli Obama-İran nüvə sazişini məhv etmək üçün daha bir itirilmiş imkandır”, – respublikaçı senatorlar Ted CruzLindsey Graham bəyanatlarında bildiriblər.

“Prezident Trump dərhal administrasiyasına göstəriş verməlidir ki, mülki nüvə möhlətinin verilməsini dayandırsın”, – bəyanatda vurğulanır.

Saziş tərəfdarlarının fikrincə, möhlət beynəlxalq ekspertlərə İranın atom proqramına pəncərə açmış olur.

Dövlət Departamenti bildirir ki, İranın tikinti sektoruna sanksiyalar İrana, yaxud İrandan tikinti materiallarının satışı, təchizi, transferini qadağan edir.

Bəyanata görə, bununla Birləşmiş Ştatlar İran rejiminə maksimum iqtisadi təzyiqi saxlayır.

“Kampaniyanın məqsədi İran rejiminin davranışını kökündən dəyişmək, nüvə silahına gedən bütün yolları bağlamaq, İranın terrorçuluğa sponsorluğunu və regionda ziyanlı fəaliyyətini dayandırmaqdır”, – bəyanatda vurğulanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG