Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:08

Fədayə Laçın azadlıqdadır


F.Laçın

Bu gün, oktyabrın 29-da xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları bildirib.

Müğənni 2017-ci ildə «Qoca» ləqəbli məhbus Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. F.Laçın vaqonun pəncərəsini açmaqdan ötrü lazım olan xüsusi açarı qaçan dustaqlardan biri, şəxsi münasibəti olan E.Məmmədova ötürməkdə günahlandırılırdı.

Onun özü də açarı verdiyini etiraf edirdi. Amma məhkəməsində deyirdi ki, açarın E.Məmmədova qaçmaq üçün lazım olduğunu bilməyib. O, 2017-ci il oktyabrın 30-da həbs edilib.

F.Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirmişdi.

Qaçan dustaqlardan biri yenidən həbs edilib, o birinin isə əməliyyat zamanı öldürüldüyü açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG