Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:54

Saxarov mükafatı uyğur fəala verildi


Ilham Tohti
Ilham Tohti

Avropa Parlamenti 2019-cu il Saxarov Mükafatını Çində həbsdə olan uyğur fəal Ilham Tohti-yə verib.

Parlamentin prezidenti David Sassoli oktyabrın 24-də mükafatın qalibinin adını açıqlayarkən Çin hakimiyyətini Tohti-ni “dərhal” azad etməyə çağırıb.

Tohti hazırda separatçılıq ittihamıyla ömürlük həbs cəzası çəkir.

Mükafata onunla birlikdə Keniyada qadın sünnəti ilə mübarizə aparan “The Restorers” qrupunun, Amazon meşələrinin seyrəkləşməsinə qarşı çıxan 3 braziliyalı insan haqları fəalının namizədliyi də verilmişdi.

Mükafatın Tohti-yə verilməsi Çini qəzəbləndirə bilər, çünki bu məsələylə bağlı hər hansı tənqidi rədd edir.

Hazırda Çinin Sincan (Sintzyan) vilayətində 1 milyonadək uyğur və digər müsəlmanlar xüsusi düşərgələrdə saxlanır. Çin onlara təlim keçildiyini desə də, fəallar bu mərkəzləri kütləvi saxlama düşərgələri adlandırır.

Sincandakı hərəkətlərinə görə beynəlxalq qınaqla üzləşən Çin bu yaxınlarda bildirib ki, uzaq qərb regionunda ekstremizmin kökünü kəsmək istəyir, orada islamçı ekstremistlərin “absurd moizələri” bəzi adamları guya “cinayətkar şeytana” çeviribmiş.

Avropa Parlamenti 1988-ci ildə sovet fiziki, Nobel mükafatı laureatı Andrei Sakharov-un şərəfinə mükafat təsis edib. Bu mükafat insan haqlarını və fundamental azadlıqları müdafiə edən fərdlərə və təşkilatlara verilir.

Ötən il mükafat ukraynalı kinorejissor Oleg Sentsova verilmişdi. O zaman Rusiyada həbsdə olan Sentsov bu il məhbus mübadiləsi çərçivəsində azadlığa çıxıb. O, mükafatını Strasburqda mərasimdə alacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG