Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

Václav Havel mükafatının iki laureatı oldu


Ilham Tohti
Ilham Tohti

Avropa Şurası 2019-cu il Vaclav Havel İnsan Haqları Mükafatını Balkanlardakı İnsan Hüquqları uğrunda Gənclər Təşəbbüsünə və uyğur alim Ilham Tohti-yə verib.

Çexiyanın tanınmış dövlət xadimi, 2011-ci ildə dünyasını dəyişmiş Vaclav Havel adına təsis olunmuş mükafat insan haqlarının müdafiəsi işinə görə verilir.

***

Bu gün – sentyabrın 30-da Strasburqda 2019-cu il Václav Havel İnsan Haqları mükafatı təqdim olunacaq. Sessiya zamanı mükafatın xüsusi mərasimdə təqdim olunacağı gözlənir.

Mükafata almağa namizədlərdən biri Çindən uyğur alim Ilham Tohti-dir. O, uyğur azlığın durumu, Çində etniklərarası dialoq və anlaşmanı irəli aparmaq üzrə 20 ildən artıq fəaliyyət göstərib. 2014-cü ilin sentyabrında ömürlük həbsə məhkum edilib.

Digər namizəd Tacikistandan insan haqları vəkili Buzurgmehr Yorov-dur. O, 20 ilə yaxın siyasi inancları və fəaliyyətinə görə təqib olunanları təmsil edir. Hökumətin açıq opponentinə çevrilib, insan haqları pozuntularına görə hökuməti, hüquq-mühafizə orqanlarını açıq şəkildə pisləyib. Yorov 2015-ci ildən həbsdədir, 28 illik həbsə məhkum edilib.

Və nəhayət üçüncü namizəd İnsan Haqları uğrunda Gənclər Təşəbbüsüdür. Bu qurum Balkanlarda gənclər arasında əlaqələr qurmaqla barışığı təbliğ edir. Söhbət fərqli etnik qruplardan, regionlardan, ölkələrdən gənclərin keçid prosesində iştirakını gücləndirmək, insan haqları uğrunda çalışmaq, regiona uzun illər viran qoymuş daha bir etnik münaqişənin yaranmasını önləməkdir.

Bu mükafatın dəyəri 60 min avrodur ($65,640).

2013-cü ildən verilən mükafatı Azərbaycandan hüquq müdafiəçisi Anar Məmmədli də alıb. A.Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 5 il 6 ay azadlıqdan məhrum edilib. O, 2016-cı ildə əfv fərmanıyla azadlığa buraxılıb.

Ötən il Václav Havel Mükafatı Memorial İnsan Haqları Mərkəzinin Qorznı ofisinin başçısı Oyub Titiev-ə verilib.

XS
SM
MD
LG